Türkiyə Silahlı Qüvvələrinin "Fərat Qalxanı" əməliyyatı davam edir

Türkiyə Silahlı Qüvvələri (TSK) Suriyanın Külliyah bölgəsinə və Türkiyənin  Hakkari Çukurca bölgəsinə hava əməliyyatı keçirdi, müəyyən edilən hədəflər məhv edildi.

562147
Türkiyə Silahlı Qüvvələrinin "Fərat Qalxanı" əməliyyatı davam edir


 Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında TSK tərəfindən başda DAEŞ olmaqla, terror təşkilatlarından gələn təhdidi dəf edilərək, sərhəd təhlükəsizliyini artırmaq və koalisiya qüvvələrinə dəstək vermək məqsədilə başladılan "Fərat Qalxanı" əməliyatının davam etdirildiyi bildirilir.
 
Məlumatda əməliyyatln  beynəlxalq hüquqi əsasda özünümüdafiə hüququ çərçivəsində həyata keçirildiyi vurğulanır.
 
 Dinc əhalinin zərər görməməsi üçün maksimum diqqət göstərilən əməliyyatda, təsbit və təsdiq edilən hədəflər vurulur.
 
 Məlumatda Hakkarinin Çukurca qəsəbəsinin düzənliyində  separatçı terror təşkilatı PKK-ya məxsus olan 10 hədəf Türkiyə Hava Qüvvələrinin döyüş təyyarələri tərəfindən məhv edildiyi də bildirilir.
 



Әlaqәli Xәbәrlәr