“Türkiyənin nə öz, nə də başqa ölkələrdəki kürdlərlə problemi yoxdur”, İ.Kalın

Dövlət başçısının sözcüsü İbrahim Kalın Türkiyənin nə öz ərazilərindəki nə də başqa ölkələrdəki kürdlərlə bir probleminin olmadığını bildirib.

562569
“Türkiyənin nə öz, nə də başqa ölkələrdəki kürdlərlə problemi yoxdur”, İ.Kalın

Dövlət başçısının sözcüsü İbrahim Kalın Türkiyənin nə öz ərazilərindəki nə də başqa ölkələrdəki kürdlərlə bir probleminin olmadığını bildirib.

Kalın mətbuat konfransında jurnalistlərin suallarına cavab verib. O deyib ki, Türkiyənin problemi terror problemidir. Türkiyənin terror təşkilatı PKK ilə problemi vardır.

İbrahim Kalın vurğulayıb ki, Suriyanın Cerablus bölgəsində “Fərat Qalxanı” əməliyyatı bir həftədir davam edir. Bunun suriyalı kürdlərə qarşı həyata keçirilirmiş kimi göstərilməsi isə qəbul edilməzdir. Belə cəhdləri sərt şəkildə qınayırıq.

Terror təşkilatı PKK-nın Suriyadakı qolu olan PYD/YPG-nin bir başqa terror təşkilatı DEAŞ ilə mübarizə görüntüsü altında faktiki bir vəziyyət yaratmağa cəhd göstərdiyini deyən Kalın bildirib ki, beləcə İranda reallaşdıra bilmədiyini həyata keçirib, bir kanton yaratmağı hədəf götürüb. Belə bir vəziyyət Suriyanın torpaq bütövlüyünü təhlükə ilə üzləşdirər. Bu, ölkədəki etnik və məzhəb ayrı-seçkiliyi məsələsinə mənfi təsir edər. Rəsmi Vaşinqton bu ünsürlərin Fərat çayının şərqinə çəkiləcəğinə dair Türkiyəyə söz verib. Bu sözə baxmayaraq nəyinki çəkilir, hətta Cerablusun sərhədi istiqamətində irəliləşlərini davam etdirirlər. Bu da qəbul edilməzdir.

Suriyanın Hələb şəhərindəki şiddətli toqquşmaların da Türkiyəni narahat etdiyini vurğulayan İbrahim Kalın sözlərinə davam deyib ki, burada bir atəşkəs üçün şəxsən dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın  təşəbbüsləri də oldu.

İbrahim Kalın bölgənin təhlükəsizliyini təmin edəcək açar ölkənin Türkiyə olduğuna da diqqət çəkib.



Әlaqәli Xәbәrlәr