Rəcəb Tayyib Ərdoğan ilə Hollandiyanın baş naziri Mark Rutte arasında telefon danışığı oldu

Türkiyə prezidenti Türkiyənin Avropaİttifaqına üzvlük məsələsində Hollandiyanın həlledici rol oynadığını vurğulayıb.

560525
Rəcəb Tayyib Ərdoğan ilə Hollandiyanın baş naziri Mark Rutte arasında telefon danışığı oldu

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Hollandiyanın baş naziri Mark Rutte ilə telefonla danışıb.
 
Ərdoğan qarşı tərəflə Fətullahçı Terror Təşkilatı / Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyuldakı çevriliş cəhdi və Türkiyənin Avropa İttifaqına üzvlük məsələsi barədə danışıb.
 
 Türkiyə prezidenti Türkiyənin Avropa İttifaqına üzvlük məsələsində Hollandiyanın həlledici rol oynadığını qeyd edib.
 
Ərdoğan FETÖ-nün fəaliyyətləri barəsində də Rutteye məlumat verib.
 
 Mark Rutte  Türkiyədə demokratiyanın tərəfində olduqlarını bildirib.
 
 Rutte Hollandiyanın Avropa İttifaqı-Türkiyə münasibətlərinin yenidən əvvəlki axarına dönməsinin vacibliyinə inandığını da vurğulayıb.
 



Әlaqәli Xәbәrlәr