Polis idarǝsinǝ  hücum tǝşkil edilib

Çevik polis idarǝsi terror tǝşkilatı PKK quldurları tǝrǝfindǝn partladılıb.

559569
Polis idarǝsinǝ  hücum tǝşkil edilib

Şırnak vilayǝtinin Cizre qǝsǝbǝsindǝ Çevik polis idarǝsinin terror tǝşkilatı PKK quldurları tǝrǝfindǝn partladılması nǝticǝsindǝ 9-u polis ǝmǝkdaşı olmaqla 11 nǝfǝ şǝhid olub,  78 nǝfǝr yaralanıb.

Şırnak valisinin mǝlumatına görǝ Konak Məhəlləsindǝ yerlǝşǝn polis idarǝsinǝ minalanmış yük maşını ilǝ hücum tǝşkil edilib. Hadisǝnin törǝdildiyi yerǝ 2 vertolyot və 12 təcili   tibbi yardım cǝlb olunub.

Xain terror hücumu nǝticǝsindǝ Çevik polis idarǝsi binasının dağıldığı, ǝtrafdakı bir çox ev vǝ dükanın şüşǝlǝrinin sındığı, Şırnak-Cizre yolunun isǝ get-gǝlǝ bağlandığı bildirilib. Terroristlərin tutulması üçün əməliyyat başladıldı.



Әlaqәli Xәbәrlәr