CHP sədri Kamal Kılıçdaroğlunun avtomobil karvanına hücum

Artvində Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun da içində olduğu avtomobil karvanına terror təşkilatı PKK-çılar tərəfindən açılan atəşdə bir əsgər şəhid olub

559251
CHP sədri Kamal Kılıçdaroğlunun avtomobil karvanına hücum

  Avtomobil karvanını qorumaqda məsul olan jandarma maşınından hücuma o saat cavab verildikdən sonra qarşıdurmada 2 əsgər də yaralanıb.

  Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman, ölkə başçısı Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binəli Yıldırım hadisəylə əlaqədar Kamal Kılıçdaroğluna ayrı-ayrılıqda zəng edərək “keçmiş olsun” deyiblər.

  Yıldırım deyib: “Ana müxalifət Partiyası CHP-nin sədri, hörmətli Kamal Kılıçdaroğlunu avtomobil karvanının Artvində uğradığı silahlı hücum ölkəmizin demokratik sabitliyinə və cəmiyyətin əmin-amanlığına edilmiş alçaq bir terrorçu hücumdur. Hücumu nifrətlə qınayıram.

  Türkiyənin bütövlüyü və nizamına tələ quran terrorçular və arxa plandakı alçaqlar heç bir zaman Türkiyənin birliyinə zərər verə bilməyəcək, istəklərinə qovuşmayacaq və layiq olduqları cəzanı, şübhəsiz, alacaqlar."

  Cümhurbaşkanlığı sözçüsü İbrahim Kalın ictimai media hesabından yazıb: "CHP-nin sədri hörmətli Kılıçdaroğluna edilən hücumu şiddətlə qınayıram. Böyük keçmiş olsun. Şəhid olan əsgərimizə rəhmət deyirəm."

  Baş nazir yardımçısı Numan Kurtulmuş da hücumla bağlı Kılıçdaroğluna “keçmiş olsun” deyib və sosial şəbəkədən fikirlərini paylaşıb.

  Daxili İşlər naziri Efkan Ala hücumun terror təşkilatı PKK-çıların törətdiyini söyləyib və: "Bu işi edən alçaqlar tutulacaq", - deyib.

  Hücumla əlaqədar Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib: "Xain çevriliş cəhdindən sonra Türkiyədə hələ də narahat qalanlar var. Türkiyəni hədəfə alan terrorçuların məqsədi bu birlik və bərabərliyi pozmaqdır. Səbəbi nə olursa olsun, Kılıçdaroğlunun avtomobil karvanına edilən hücumu kəskin şəkildə qınayırıq. Bunlarla mübarizəmizi davam etdirəcəyik."

  Avropa İttifaqı üzrə nazir və Baş məsləhətçi Ömər Çelik də sosal şəbəkədən şərhini paylaşıb, hücumu qınayıb, “keçmiş olsun” deyib və bu hərəkətin bütün siyasi təşkilatlarına qarşı edilmiş sayıb.

  MHP sədri Dövlət Bahçeli də CHP sədrinə zəng edərək “keçmiş olsun" deyib.

  Bəzi televiziya kanallarına telefonla bağlanan Kılıçdaroğlu özünün və onunla birlikdə olanların sağ-salamat olduqlarını bildirib.

  CHP Qrup sədr müavini Özgür Özəl də nə olursa olsun, demokratik nizamı müdafiəyə davam edəcəklərini söyləyib.



Әlaqәli Xәbәrlәr