Bayden bombalanan Məclis binasını gəzdi

Amerika Birləşmiş Ştatlarının prezident köməkçisi Co Bayden (Joe Biden) Ankaradadır

558286
Bayden bombalanan Məclis binasını gəzdi

  İlk olaraq Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Qəhrəmanla görüşdükdən sonra Bayden bərabərindəki heyətlə 15 iyul çevriliş cəhdində bombalanan Məclis binasını gəzib.

    Amerika Birləşmiş Ştatlarının prezident köməkçisi Ankara Çankaya Köşkündə Baş nazir Binəli Yıldırımla da görüşüb.

  Sonda Bayden Prezident İqamətgahında ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın qəbulunda olacaq, axşam ABŞ-a geri dönəcək.

  Türkiyə Baş Nazirliyindən verilən məlumata görə, "Bu görüşlərdə ABŞ-la ikitərəfli əlaqələrimizin bütün detallarının müzakirə edilməsi nəzərdə tutulur."



Әlaqәli Xәbәrlәr