Qaziantepin Suriya ilə sərhəd əraziləri "xüsusi təhlükəsizlik bölgəsi" elan edildi

Türkiyənin Gaziantep şəhər valiliyindən verilən  məlumata görə, qərarın Suriya sərhədində təhlükəsizlik vəziyyətini dəstəkləmək, vətəndaşların həyatlarının və əmlaklarının təhlükəsizliyini mümkün təhdid və təhlükələrdən qorumaq üçün verildiyi bildirilir.

555944
Qaziantepin Suriya ilə sərhəd əraziləri "xüsusi təhlükəsizlik bölgəsi" elan edildi

Qaziantepin Suriya sərhədindəki bəzi bölgələri 15 gün müddətinə "xüsusi təhlükəsizlik bölgəsi" elan edildi.

Gaziantep valiliyindən verilən  məlumata görə, qərarın Suriya sərhədində təhlükəsizlik vəziyyətini dəstəkləmək, vətəndaşların həyatlarının və əmlaklarının təhlükəsizliyini mümkün təhdid və təhlükələrdən qorumaq üçün verildiyi bildirilir.

Bu əsasda, Karkamış qəsəbəsinin Beşkılıç- Türkyurdu arasında yerləşən  Suriya sərhədi bölgəsinin  3 sentyabr saat 17.00 –a qədər 15 gün müddətində xüsusi təhlükəsizlik bölgəsi elan edilməsinə qərar verildi.

Məlumatda:"Xüsusi təhlükəsizlik bölgəsi elan edilən yerlərdə hər növ nəqliyyat vasitəsi və insanların giriş-çıxışının nəzarəti, zəruri hallarda qadağan edilməsi və lazımi təhlükəsizlik tədbirlərinin alınması Şəhər Jandarma Komandirliyi və Şəhər Polis İdarəsi tərəfindən həyata keçirilir" deyilir.

 

 

 

 

 



Әlaqәli Xәbәrlәr