Pakistan Türkiyədəki terror hücumlarını pisləyib

Pakistan Van, Bitlis, Diyarbəkir və Əlazığda avqustun 18-də terror təşkilatı PKK üzvü terrorçular tərəfindən həyata keçirilən hücumları sərt şəkildə pisləyib.

555191

Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada Türkiyədəki terror hücumlarından dərin kədər duyulduğu bildirilib.

Açıqlamada həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı, yaralılara təcili şəfa diləndiyi bildirilərək, Pakistanın hər zaman olduğu kimi “qardaş” Türk xalqı ilə həmrəy olduğu vurğulanıb.

Açıqlamada həmçinin Türkiyənin “güclü iradəsi və sarsılmaz əzmi” ilə terroru qətiyyətli şəkildə məğlub edəcəyi də ifadə edilib.

Әlaqәli Xәbәrlәr