Türkiyə çevriliş cəhdi haqqında məlumatlandırma işlərinə davam edir

Xarici İşlər Nazirliyinin internet saytında yer alan məlumata görə, Türkiyə bu günə qədər adıçəkilən mövzu ilə bağlı 6 min 382 yüksək səviyyəli rəsmi görüş keçirib.

552138
Türkiyə çevriliş cəhdi haqqında məlumatlandırma işlərinə davam edir

Türkiyə Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyul çevriliş cəhdindən sonra təşkilatın fəaliyyəti mövzusunda ölkələri məlumatlandırmaq, xəbərdar etmək məqsədi ilə rəsmi əlaqələrini genişləndirməyə davam edir.

Xarici İşlər Nazirliyinin internet saytında yer alan məlumata görə, Türkiyə bu günə qədər adıçəkilən mövzu ilə bağlı 6 min 382 yüksək səviyyəli rəsmi görüş keçirib.

15 iyuldan bu vaxta qədər prezident səviyyəsində 36, baş nazir səviyyəsində 42, nazir səviyyəsində 234, millət vəkili səviyyəsində 696, digər yüksək rəsmi səlahiyyətlər çərçivəsində 5 min 374 rəsmi görüş olub. Məsələ ilə bağlı üst səviyyədə həyata keçirilən əməkdaşlıqların ümimi sayı 6 min 382-yə çatıb.

Qeyd edilən tarixdən etibarən, FETÖ/PDY təhlükəsi dəfələrlə xarici nümayəndəliklər tərəfindən də mütəmadi olaraq qeyd edilib.

Xarici nümayəndəliklər tərəfindən bu günə qədər min 657 yazılı və vizual müsahibə verilib, 174 dəfə mətbuata məlumat ötürülüb.

Həmçinin FETÖ/PDY çevriliş cəhdini detallarıyla izah edən 403 məqalə və məktub da nəşr edilib.



Әlaqәli Xәbәrlәr