Konyada fərari əsgərlər həbs edildi

Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyul çevriliş cəhdi ilə bağlı aparılan istintaq işlərinə əsasən axtarışda olan, fərari qərargah polkovniki Nəbi Qəznəli və qərargah polkovniki Müslüm Kaya Konyada ələ keçirildi.

552115

Fərari əsgərlərin Konyada olduğunu müəyyənləşdirən və hərəkətə keçən polis qrupları Qəznəli və Kayanı Səlcuqlu qəsəbəsinin mərkəzində Yazır Məhəlləsində kirayəyə götürdükləri evdə həbs etdi.

Şübhəlilərinin iki gündür Konyada qaldıqları, İstanbula gedib oradan da Misirə qaçmağı planladıqları məlum oldu.

Şübhəlilərin TRT-yə hücum və İstanbulda Boğaziçi körpüsündə xalqa atəş açılması təlimatlarını verdiyi bildirilir.

Әlaqәli Xәbәrlәr