Türkiyə Nazirlər Kabineti təkzib etdi

Türkiyə Nazirlər Kabineti  ölkənin baş naziri Binəli Yıldırımın Çankaya Köşkündə media nümayəndələri ilə görüşdüyü toplantı ilə əlaqədar məlumat verdi.

551340
Türkiyə Nazirlər Kabineti  təkzib etdi

Türkiyə Nazirlər Kabineti baş nazir Binəli Yıldırımın "Fətullahçı Terror Təşkilatının 15 iyul dövlət çevrilişi cəhdinə dəstək verən ölkələr arasında Səudiyyə Ərəbistanının da olduğuna işarə etmısinə dair  xəbərləri təkzib etdi.
 
 Nazirlər Kabinetı baş nazir Yıldırımın Çankaya Köşkündə media nümayəndələri ilə görüşdüyü toplantı ilə əlaqədar məlumat verdi.
 
Məlumatda: "Cənab  baş nazirin  baş redaktorlarla etdiyi söhbətdə: "Dövlət çevrilişi təşəbbüsünə xaricdən gələn dəstəklər barəsindəki şayiələrlə bağlı nə deyə bilərsiniz?" sualına cavab verərkən Səudiyyə Ərəbistanını nəzərdə tutan  ifadələr işlətməsinə dair  bəzi mətbuat xəbərlərində verilən şərhlər qətiyyən həqiqəti əks etdirmir. Dost və qardaş Səudiyyə Ərəbistanının dövlət çevrilişi cəhdinə qarşı hökumətimizə və ölkəmizə verdiyi dəstək yüksək dərəcədə qiymətləndirilir" deyilir.



Әlaqәli Xәbәrlәr