ABŞ-dan Fətullah Gülənin müvəqqəti olaraq həbs olunması tələb edilir

İstanbul Respublika Baş Prokurorluğu Fətullah Gülənin həbs olunması tələbini əks etdirən məktubu Amerika Birləşmiş Ştatlarının səlahiyyətli orqanlarına çatdırmaq üçün Ədliyyə Nazirliyinə göndərdi.

551344
ABŞ-dan Fətullah Gülənin müvəqqəti olaraq həbs olunması tələb edilir

İstanbul Respublika Baş Prokurorluğu 15 iyul dövlət çevrilişi cəhdinin təlimatını verdiyi müəyyən olunan Fətullahçı Terror Təşkilatı/Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) başçısı Fətullah Gülənin həbs olunması tələbini əks etdirən məktubu Amerika Birləşmiş Ştatlarının səlahiyyətli orqanlarına çatdırmaq üçün Ədliyyə Nazirliyinə göndərdi.

Məktubda 15 iyulda Fətullahçı Terror Təşkilatı/Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) üzvü olan  hərbçilər barəsində Türkiyə Respublikası Hökumətinə qarşı dövlət çevrilişinə cəhd göstərilməsi hadisəsinə dair istintaq aparıldığı xatırladılılır.
 
 Çevriliş cəhdinin Gülənin təlimatı ilə həya keçirildiyinin aşkar olunduğu bildirilən məktubda  ABŞ-a Gülən barədə ekstradisiya tələbi göndərilməsindən əvvəl Türkiyə ilə ABŞ arasında" Cinayətkarların Geri Verilməsi və Cinayət İşlərində Qarşılıqlı Yardım" müqaviləsi əsasında Fətullah Gülənin müvəqqəti olaraq həbs olunması tələb edilir.



Әlaqәli Xәbәrlәr