Türkiyə- Rusiya üçlü mexanizminin ilk iclası keçirildi

Türkiyə ilə Rusiya arasında xarici işlər, kəşfiyyat və silahlı qüvvələr nümayəndələrinin iştirak etdikləri üçlü mexanizm dünən ilk dəfə Sankt-Petersburqda toplandı.

550660
Türkiyə- Rusiya üçlü mexanizminin ilk iclası keçirildi

 
 Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla Rusyia prezidenti Vladimir Putinin avqustun 9-da Sankt-Peterburqda keçirdikləri görüşdən sonra iki ölkə arasında gündəmi Suriya olan üçlü mexanizmin yaradılmasına qərar verilib.
 
 Türkiyə heyəti ilk iclas üçün dünən Rusiyaya getdi.
 
 "İzvestiya" qəzetinə müsahibə verən Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Viktor Vodolatskiy Moskvanın həlledici görüşdə, ilk növbədə, Suriya sərhədinin bağlanması məsələsini gündəmə gətirdiyini bildirdi.
 
 Vodolatskiy dünənki iclasın Putin və Ərdoğan arasında Suriya dialoqunun davamı olduğunu ifadə edərək, 9 avqust görüşündə Suriyada sülhün təmin olunması ilə əlaqədar addımların müzakirə edildiyini xatırlatdı.



Әlaqәli Xәbәrlәr