Yunanıstana qaçan çevrilişçilərin ekstradisiyası üçün tələbnamə yazıldı

Türkiyədə Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETO/PDY) 15 iyuldakı çevriliş cəhdindən sonra Yunanıstana qaçan 8 çevrilişçinin ekstradisiyası ilə əlaqədar tələbnamə yazıldı.

549265
Yunanıstana qaçan çevrilişçilərin ekstradisiyası üçün tələbnamə yazıldı

Türkiyədə Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETO/PDY) 15 iyuldakı çevriliş cəhdindən sonra Yunanıstana qaçan 8 çevrilişçinin ekstradisiyası üçün hazırlanan tələbnamə Yunanıstanın uyğun orqanlarına çatdıırılması üçün Ədliyyə Nazirliyinə göndərildi.
 
 İstanbul Cümhuriyyət Baş Prokurorluğundan verilən yazılı açıqlamada FETÖ/PDY-nin15 iyul 2016-cı il tarihindəki dövlət çevrilişi təşəbbüsündən sonra iyulun 16-də Yunanıstanın Dədəağaç (Alexandroupoli) Hava Limanına eniş edən Türk Silahlı Qüvvələrinə aid Sikorsky S70 markalı helikopterdə ad və rütbələri bəlli olan 8 hərbçinin olduğu və bu şübhəlilərin "zorakılıq tətbiq edərək konstitusiyanı pozma, prezidentə sui-qəsd, qanunvericilik orqanına və hökumətə qarşı cinayət və silahla birdən çox şəxslə birlikdə gecə vaxtı qəsdən hücum etmə" cinayətlərini törətdikləri qeyd olundu.
 
Açıqlamada: "Yunanistan ilə ölkəmiz arasında qüvvədə olan "Ekstradisiya haqqında" Avropa Konvensiyası aktları çərçivəsində şübhəlilərin bu ölkədən Türkiyəyə ekstradisiya üçün hazırlanan ekstradisiya tələbnaməsi aktlarda nəzərdə tutulan müddət ərzində Yunanıstan orqanlarına çatdırılması üçün Ədliyyə Nazirliyi Beynəlxalq Hüquq və Xarici Əlaqələr Baş İdarəsinə göndərilmişdir" ifadəsinə yer verilir.



Әlaqәli Xәbәrlәr