Rusiya ilə əlaqələrdə yeni bir səhifə açıldı”, İ.Kalın

İ.Kalın özəl telekanallardan birində prosesdən danışaraq, suallara cavab verib.

549302
Rusiya ilə əlaqələrdə yeni bir səhifə açıldı”, İ.Kalın

Cümhurbaşqanlığı sözcüsü İbrahim Kalın dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putin ilə keçirdiyi görüşdə Rusiyanın 24 noyabrda düşürülən təyyarə ilə əlaqəli hər hansı təzminat tələbənin gündəmə gətirilmədiyini, əlaqələrdə yeni bir səhifə açıldığını söyləyib.

İ.Kalın özəl telekanallardan birində prosesdən danışaraq, suallara cavab verib.

Sözçü Ərdoğan və Putinin görüşlərində Rusiyanın düşürülən təyyarə və pilotla əlaqəli hər hansı təzminat tələbinin olub olmadığı sualına cavabən deyib ki, görüş zamanı bu məsələdən danışılmadı, əlaqələrdə yeni bir səhifə açıldı.

Rusiya tərəfinin bu məsələdə ciddi yetkinlik ortaya qoyduğunu dilə gətirən Kalın deyib ki, əlaqələrdə yeni bir səhifə açıldı. Hamımızı narahat edən bu hadisə hər kəsi üzdü. Belə hadisələrin yaşanmaması üçün yaxın əməkdaşlıq edilməsinin vacibliyi dilə gətirildi. Bu çərçivədə bizim Baş Qərargah ilə Rusiyanın Baş Qərargahı yenidən birbaşa xətt yaratdılar. Bu barədə əlaqələ saxlanılır. Dünən keçirilən görüşün bir hissəsində iki ölkənin Baş Qərargah rəisləri də iştirak etdi. “Baş Qərargah Rəisliyinin həmçinin kəşfiyyatımızın, Xarici İşlərin bu sahədəki mexanizmləri işə daxil oldu. Hətta Suriya mövzusunda yenidən üçtərəfli bir mexanizm qurulması, bizdən kəşfiyyat, hərbi, diplomatlardan ibarət bir heyətlə onlardan təşkil tapan bir heyətin dərhal işləməyə başlaması barədə  təlimatlar verildi. İlk görüş sabah baş tutacaq. 24 noyabrdakı hadisələrin bir daha yaşanmaması cəhətdən çox önəmlidir, həm də Suriya məsələsində toqquşmaların dayandırılması, dinc vətəndaşların ölüm hallarının qarşısının alınması mövzusunda böyük əhəmmiyət daşıyır” -deyə  İbrahim Kalın vurğulayıb.



Әlaqәli Xәbәrlәr