Prezident Rǝcǝb Tayyıb Ərdoğan, Türkiyə İxracatçılar Məclisinin üzvlərini  qǝbul edib

Ərdoğan: "15 iyul çevriliş cǝhdindǝn sonra qaçan xainlǝri tutmaq üçün lazımlı addımlar qisas hissi ilǝ yox hüquq normları çǝrçivǝsindǝ atılır"

549346
Prezident Rǝcǝb Tayyıb Ərdoğan, Türkiyə İxracatçılar Məclisinin üzvlərini  qǝbul edib

Prezident Rəcəb Tayyib Ərdoğan Prezident administrasiyasında reallaşan qǝbulda 15 iyul çevriliş cǝhdindǝn sonra qaçan xainlǝri tutmaq üçün lazımlı addımların qisas hissi ilǝ yox hüquq normları çǝrçivǝsindǝ atıldığını, Türkiyǝni Fetullahci Terror Təşkilatının əliylə dusdaq etmǝk, Suriyada, Liviyada, İraqda və Əfqanıstanda cǝrǝyan edǝn qanlı hadisǝlǝri, bu ǝrazilǝrdǝ dǝ törǝtmǝk istǝyǝnlǝrǝ yaddaştlardan silinmǝyǝcǝk dərs verildiyini qeyd edib.

Ərdoğan, xain çevrilişǝ cǝhd edilǝn gecǝ şəhid olan 240 nǝfǝrin arasında sǝmimi dostu ilǝ onun oğlunun olmasına vǝ yüzlərlə vǝtǝndaşın yaralanmasına baxmayaraq, iyul 16-dan bǝri xalqın küçǝlǝrǝ axışaraq demokratiyaya sahib çıxdığını vurğulayıb.

 Xain planın bir parçası da ölkǝ iqtisadiyyatına zǝrbǝ endirmǝk olduğunu ifadǝ edǝn prezident Ərdoğan, işadamlarından tǝlǝb edibki, xaricdəki hǝmkarlarına fetonun gerçək üzünü vǝ bütün dünya üçün tǝhdid tǝşkil etdiyini şǝrh etsinlǝr.

Bu xain terror təşkilatının maliyyə qaynaqları mǝhv edilmǝlidir deyǝn prezident Ərdoğan : “Ölkəsinə və millətinǝ rǝhm etmǝyǝnǝ biz dǝ müsamihǝ göstǝrmǝrik. Zülm edǝnǝ mərhəmət, məzluma haqsızlıqdır” deyib.

Dövlǝt tǝşkilatlarından feto ilǝ ǝlaqǝsi olan işçilǝrin qovulmasına  dair tǝnqidlǝrǝ dǝ toxunan Ərdoğan, “Şərq və Qərbi Almaniya birləşərkən gördük. Yüz minlərlə dövlət qulluqçusu vəzifədən qovuldu. Feto mənsublarına demokratiyadan və hüquq dövləti olma qayda-qanunundan güzǝştǝ qetmǝdǝn lazımlı cǝza verilǝcǝkdir”.

Ötǝn gün Sen Peterburqa reallaşdırdığı sǝfǝrǝ dǝ işarǝ edǝn Ərdoğan, Rusiya ilə iqtisadi problemlǝrǝ qıssa müddǝtdǝ son qoyulacağına inandığını, Putin ilǝ  sǝmǝrǝli görüş keçirdiyini, ticarət həcminin 100 milyard dollara çatdırılması mövzusunda razılaşdıqlarını sözlǝrinǝ ǝlavǝ edib.

 



Әlaqәli Xәbәrlәr