Ərdoğan və Putin mətbuat nümayəndələrinə şərh verdilər

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Ankara-Moskva xəttinin yenidən dostluq və etibarla dolacağını, ikitərəfli əlaqələrin köhnə səviyyədən daha yüksəyə daşınacağını söyləyib

548645
Ərdoğan və Putin mətbuat nümayəndələrinə şərh verdilər

  Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin Sankt-Peterburqdakı birgə görüşdən sonra ortaq mətbuat konfransında çıxış ediblər.

  İki və çoxtərəfli əməkdaşlığın artırılmasıyla bağlı razılıq əldə etdiklərini, əlaqələrin bundan sonra hər səviyyədə sıx şəkildə davam edəcəyini bildirən Türkiyə lideri Akkuyu Atom Stansiyasına strateji investisiya statusu veriləcəyini, Türk axını kimi ortaq layihələrin sürətləndiriləcəyi mövzularına da toxunub.  

  Rusiya prezidenti Vladimir Putin də Türkiyə ilə əlaqələrin noyabr ayından əvvəlki vəziyyətinə dönməsini istədiklərini, orta müddətli bir proqram həyata keçirmək üçün razılaşdıqlarını deyib.

  Mövcud enerji layihələrinin həyata keçməsi üçün konkret siyasi addımlar atılması lazım olduğunu vurğulayan Putin ticarət əməkdaşlığının ən əhəmiyyətli ayağını enerji sektorunun meydana gətirdiyini söyləyib.

  Türkiyə şirkətlərinə sanksiyaların mərhələ-mərhələ qaldırılacağını nəzərə çatdıran Vladimir Putin iki ölkə nümayəndələrindən ibarət qarışıq komissiyalarda danışıqların davam edəcəyini bildirib.

  Daha sonra iki lider Suriya böhranını təkbətək müzakirə ediblər.

  Xatırladaq ki, Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 15 iyul çevrilişinə cəhddən sonra ilk xarici səfəri çərçivəsində Rusiyadadır. 2015-ci ilin 24 noyabrında Rusiya təyyarəsi Türkiyə hava sahəsini pozduğu üçün salındıqdan bu yana Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə ilk dəfə görüşür.



Әlaqәli Xәbәrlәr