“ABŞ Güləni qaytarmazsa, Türkiyəni bu terroristə fəda etmiş olacaq”: B.Bozdağ

Bunu Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ “Anadolu” informasiya agentliyinə müsahibəsində deyib.

548258
“ABŞ Güləni qaytarmazsa, Türkiyəni bu terroristə fəda etmiş olacaq”: B.Bozdağ

Bəkir Bozdağ bildirib ki, Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) rəhbəri Fətullah Gülənin ekstradisiyasıyla bağlı ABŞ-dan hələ ki, rəsmi cavab gəlməyib:

"Avropa ölkələri də bilir. Hər kəsdən dəqiq, düzgün olmasını gözləmək bizim haqqımızdır. Artıq Fətullah Gülən ABŞ üçün də, başqa bir ölkə üçün də faydalı bir maşa olma xüsusiyyətini itirmişdir. ABŞ Güləni geri qaytarmayacağı təqdirdə Türkiyəni bu terroristə fəda etmiş olacaq. ABŞ üçün Türkiyənin dostluğu əhəmiyyətlidir, yoxsa Gülənin dostluğu? Bunu görəcəyik. Qaytarmazsa, nə olacaq? Türkiyə-ABŞ əlaqələrinə mənfi təsirlər özünü göstərəcək.”-dedi.

Gülənin qaytarılmasına dair dəlillər toplusunun yüzlərlə qovluqdan ibarət olduğunu bildirən Bəkir Bozdağ xatırladıb ki, həmin qovluqlar ABŞ-ın səlahiyyətli orqanlara həm elektron vasitə, həm də rəsmi yazışma üsuluna uyğun olaraq göndərilib. Gülənin müvəqqəti saxlanılması və həbs olunmasını tələb etdiklərini deyən Ədliyyə naziri “ABŞ-da mütəxəssislərin bu mövzuda araşdırma aparacağı üçün Türkiyədən mütəxəssis bir heyətin ABŞ-a gedərək həmkarlarıyla görüş keçirilməsinin istənilməsinə dair bir məktub gəldi. Biz də bu təklifə cavab verdik. Əvvəlcə sizdən bir mütəxəssis heyət gəlsin, daha sonra Türkiyədən bir mütəxəssis heyət getsin dedik.”-deyə əlavə edib.

ABŞ rəsmilərinin açıqlamaların ekstradisiya tələbinə əhəmiyyət verdiklərini müşahidə etdiklərini bildirən Bəkir Bozdağ əlavə edib ki, PKK, DAEŞ ilə FETÖ-nün mahiyyəti eynidir. Gəlin, zehinləri keyidən bu ayrı-seçkiliyin arasında qalmayın.

Ədliyyə naziri 15 İyul və 7 Avqust tarixlərinin bundan sonra Türkiyədə çevirilişə millətin icazə verməyəcəyini elan etdiyi günlərdir deyib. “Nə xarici güclərin təlimatıyla hərəkət edənlər, nə də ki, içimizdəki xainlər əsla Türkiyənin taleyini təyin edə bilməyəcək.”-deyə nazir vurğulayıb.

Avqustun 7-də İstanbul Yenikapıda təşkil edilən “Demokratiya və Şəhidlər Mitinqi”ndə Türkiyənin belə bir bərabərliyinə ilk dəfə şahid olduğunu ifadə edən Bəkir Bozdağ deyib: “Yüz illərin çəkə bilmədiyi şəkili 7 Avqustda bütün Türkiyə çəkdi. Bu tarixi fotodur. Demokratiya, milli iradə və hüquq dövlətinə sahib çıxmaq naminə bir araya gəlməyin görüntüsüdür. Türkiyənin dostlarını sevindirən bir fotoşəkildir. Lakin Türkiyənin düşmanları pərişan hala düşdülər. Xaricdə zəif Türkiyə olsun deyə bütün imkanlarını səfərbər edənlər çox peşman oldular.”



Әlaqәli Xәbәrlәr