Türkiyǝdǝn, dost Makedoniyaya yardım

Türkiyə, Makedoniyanın paytaxtı Skopye və yaxınındaki ǝrazilǝrdǝ 21 nǝfǝrin hǝyatını itirmǝsinǝ  vǝ ağır tǝxribata gətirib çıxaran sel fəlakəti səbəbiylə bu  ölkǝyǝ hər cür yardıma hazır olduğunu bildirib.

547640
Türkiyǝdǝn, dost Makedoniyaya yardım

Türkiyənin Skopye səfiri Ömür Şölendil verdiyi açıqlamada, sel fəlakətindǝn sonra Makedoniya və Türkiyənin Xarici işlər nazirlikləriylǝ  mövzu  ilə əlaqədar fikir  mübadilǝsi  etdiklǝrini bildirib.

Makedoniya Xarici İşlər Nazirliyinin fəlakət bölgəsində zǝrǝr-ziyanın müǝyyǝnlǝşdirilmǝsi üçün fǝaliyyǝt başlatdığını ifadǝ edǝn Şölendil, “ Makedoniyalı rǝsmilǝrdǝn ehtiyaclarını bildirmǝlǝrini istǝdiklǝrini, Baş nazirliyin fövqǝladǝ vǝ tǝcili hallar idarǝsi  başda  olmaqla iki ölkənin Xarici işlər nazirlikləri ilə danışıqlar etdiklǝrini, ehtiyac siyahısının  bildirilmǝsi halında imkanlar çǝrçivǝsindǝ lazımlı addımları atacaqlarını vurğulayıb.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin dǝ yardımlarla əlaqədar işlər apardığını ifadǝ edǝn Sǝfir, Dost və qardaş Makedoniyaya yardım üçün ǝllǝrindǝn gǝlǝn sǝyi etmǝkdǝ davam edǝcǝklǝrini sözlǝrinǝ ǝlavǝ edib.

Digǝr tǝrǝfdǝn Makedoniya hökuməti sel fəlakətindǝn sonra bu gün ölkədə matǝm elan edib.

 

 



Әlaqәli Xәbәrlәr