İstanbulda keçirilən “Demokratiya və Şəhidlər Mitinqi” tarixdə yeni səhifə açdı

Səhər erkən saatlardan başlayaraq Yenikapı Meydanına axın edən milyonlarla insan dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın gəlişini böyük coşqu ilə qarşılayıb.

547121
İstanbulda keçirilən “Demokratiya və Şəhidlər Mitinqi” tarixdə yeni səhifə açdı
ismail kahraman.jpg
binali yıldırım.jpg
hulusi akar.jpg
kemal kılıçdaroğlu.jpg
devlet bahçeli.jpg

Səhər erkən saatlardan başlayaraq Yenikapı Meydanına axın edən milyonlarla insan dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın gəlişini böyük coşqu ilə qarşılayıb.

Baş nazir və Ədalət və İnkişaf Partiyasını sədri Binali Yıldırım, CHP rəhbəri Kamal Kılıçdaroğlu və MHP sədri Dövlət Baxçalının meydanda toplananları salamlaması milyonlarla vətəndaşın birlik duyğusunu gücləndirib.

Şəhidlər bir dəqiqəlik sükutla yad edildikdən və İstiqlal Marşının oxunmasından sonra Diyanət İşləri rəhbəri Mehmet Görmez eləcə də burada toplananlar 15 iyulda xain çevirilişə təşəbbüsü gecəsində şəhid olan 240 vətəndaş üçün dua edib.

Mitinqdə ilk çıxışı MHP rəhbəri Dövlət Baxçalı edib. 15 İyulda yeni bir dirilişin müjdəsini verdiniz-deyən Bahçeli Türkiyənin taleyinə sahib çıxmasını qürurla izlədiyini deyib. 15 İyul tarixinin yeni bir sınaq olduğunun vurğulayan Devlet Bahçeli; “Zalımlar, imperializmin maşaları bu dəfə Türk hərbi formasını geyindilər. Elm adamı və müəllim görüntüsü yaradan bir terrorist cinayətkar təşkilatına Türkiyəni vur əmrini verdilə”-deyə bildirib. O gecə tankların önündə milli vicdanın durduğunu deyən MHP lideri, Türk millətinin güllə yağışının üzərinə gül bağçasına girənlər kimi getdiyini vurğulayıb.

Mintinqdə daha sonra çıxış edən CHP lideri Kamal Kılıçdaroğlu isə vurğulayıb ki, yaşanan bu böyük bəladan bütün siyasətçilərin dərs çıxartması lazımdır. Zamana uyğunlaşmış, mədəni dəyərlərinə sahiblənmiş Türkiyənin məsciddə, hərbi hissədə, ədliyyədə siyasət yürütməməsinin gərəkdiyini deyən Kılıçdaroğlu bütün şərtlərdə demokratiyaya sahib çıxılmanın əhəmiyyətinə diqqəti çəkib:

“Nə hərbi çeviriliş, nə də ki, diktatorluq. Yaşasın demokratiya” deyə səslənən CHP lideri millətin iradəsi üzərindəki yer ala biləcək bütün kölglərin aradan qaldırılmasının vacibliyini vurğulayıb. Cumhuriyyəti yaşadıb qorumağın hər kəsin borcu olduğunu vurğulayan Kamal Kılıçdaroğlu parlament sisteminin daha da gücləndirilməsini istəyib.

Kılıçdaroğludan sonra tribunaya Baş Qərargah rəisi, general Hulusi Akar çıxıb. O, böyük alqışlarla qarşılanıb.

Baş Qərargah rəisi çıxışında 15 İyulda Türkiyə Silahlı Qüvvələrinə sızmış bir qrup terroristin (FETÖ/PDY) Vətənə və millətə tarixdə görülməmiş bir rəzalət yaşatdıqlarını, lakin layiq olduqları cavabı yenə də millətin verdiyini vurğulayıb.

Əliqanlı canilərlə Türkiyə Silahlı Qüvvələrində vəzifəsini şərəflə yerinə yetirən qəhrəmanlardan ayırd edilməsindən mənəvi rahatlıq hissi yaşadığını ifadə edən Baş Qərargah rəsi bundan sonra da Türk ordusunun dövlətin əmrində və vəzifəsinin başında olduğunu vurğulayıb. Hulusi Akar çıxışını “zəfər qanunun aliliyinə, demokratiyaya, zadəgan millətimizin yüksək dəyərinə inanlarındır! Əziz xalqımızın yolu və bəxti açıq olsun!” sözləri ilə yekunlaşdırıb.

Baş nazir Binali Yıldırım isə çıxışına meydana toplanan bütün siyasi müxalifət partiya rəhbərləri və tərəfdarlarını, həmçinin ölkənin 81 şəhəri və Şimali Kıbrıs Türk Cumhuriyyətini, mitinqi izləyən hər kəsi salamlamaqla başlayıb.

15 İyul tarixinin Türk millətinin 2-ci Qurtuluş Savaşı olduğunu vurğulayan Binali Yıldırım əlavə edib ki, bu xalq torpaq üzərində şərəfsizcə yaşamaqdansa, torpağın altında şərəflə uyumağı seçdi. Baş nazir separatçı təşkilat PKK-nın da vətəndaşlar arasına nifrət, nifaq toxumu səpməsinə son qoyulacağını bildirib.

15 İyulun mikroblarında təmizləndiyi gün olduğunu deyən Binali Yıldırım xalqı narahat edən bütün ünsürlərin aradan qaldırılacağını vurğulayaraq əlavə edib ki, FETÖ rəhbəri Türkiyəyə gələcək və bu xəyanətin hesabını verəcək!

Mitinqdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Kaharman da çıxış edib. Xain cəhdin yaşandığı 15 iyul gecəsində Millət Məclisinin açıq olduğunu və işlərini davam etdirdiklərini xatırladan sədr çeviriliş cəhdi edənlərin təkcə Məclisə deyil, millətin də ürəyinə bomba atdığını deyib. Lakin əzm və cəsarətlə xain cəhdin qarşısını alan xalqın bununla da hərbi yolla çeviriliş taixinə son qoyduğunu vurğulayıb. Türkiyə Böyük Millət Məclisinin sədri çıxışını; “Millət dövlətsiz, dövlət ordusuz olmaz” sözləri ilə yekunlaşdırıb.



Әlaqәli Xәbәrlәr