Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan TRT ekranlarında 15 iyul gecəsini dəyərləndirdi

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Fetullahci Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin(FETÖ/ PDY) terror təşkilatı PKK, Suriyadakı davamı PYD və DAİŞ kimi terror təşkilatları ilə əməkdaşlığının da ortaya çıxmağa başladığını söyləyib.

545213
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan  TRT ekranlarında 15 iyul gecəsini dəyərləndirdi

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Fetullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin(FETÖ/ PDY) terror təşkilatı PKK, Suriyadakı davamı PYD və DAİŞ kimi terror təşkilatları ilə əməkdaşlığının da ortaya çıxmağa başladığını söyləyib.

Ərdoğan Fetullahci Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ / PDY) 15 iyulda xain çevrilişə cəhd və sonra yaşanan prosesi TRT ekranlarında dəyərləndirib.

Ərdoğan hadisəni yeznəsindən xəbər aldıqdan sonra ekranlardan xalqa etdiyi "meydanlara çıxın çağırışının" havanı qısa müddətdə əksinə çevirdiğini deyib. Ərdoğan, daha sonra çevrilişə cəhd edənlərin F-16 qırıcıları ilə narahat etdiyi riskli bir səfərlə İstanbula endiyini vurğulayıb.

Dövlət başçısı bu prosesdə yanında olan həyat yoldaşı, qızı və kürəkəni (Enerji və Təbii Qaynaqlar naziri Berat Albayrak) mətanətlə davrandığını, yalnız yaşları çox kiçik olan nəvələrini arabir sakitləşdirmək ehtiyacı duyduqlarını ifadə edib.

2010-ci ildən bəridir Fetullahci Terror Təşkilatının təşkilatlanma şəbəkəsinin hansı səviyyədə olduğunu, özlərindən başqasına həyat haqqı tanımadıqlarını izah edən Ərdoğan, 15 iyul gecəsi çevrilişə cəhdi ilk xəbər aldığında da cinayətkarların bu təşkilatdan olduğundan şübhə etmədiyini bildirib.

Dövlət başçısı gəlinən nöqtədə bu təşkilatın üzvlərinin Türk Silahlı Qüvvələri və digər təşkilatlardan təmizlənməyə başlandığını ifadə edərək, hüquqa zidd davranılmayacağını ancaq heç birinə mərhəmət gösterilmeyeceğini əks təqdirdə şəhidlər və qazilere xəyanət edilmiş olacağını qeyd edib.

Kəşfiyyat idarələrinin vahid şəkildə olmasına dair fəaliyyətlərin davam etdiyini vurğulayan Ərdoğan yaxında hökumətin dəyərləndirməsinin olacağını söyləyib.

FETÖ-nü xərçəngli hüceyrələrə bənzədən Ərdoğan deyib ki, təhlükə sovuşduruldu demək üçün bu xərçəngli hüceyrələrin hamısının tamamilə təmizlənməsi lazımdır.

Dövlət başçısı Ərdoğan Qərb ölkələrindən hələ də bir liderin belə gəlib ölkədə nələrin baş verdiyini görmədiyini xatırladaraq bildirib ki, bu ölkəni istiqamətləndirə, bölə, parçalaya və milli idarənin qarşısını əsla ala bilməyəcəksiniz.

Qərbin Türkiyənin güclənməsini, özünə kifayətli hala gəlməsini istəmədiyini ifadə edən Ərdoğan bu prosesdə belə ona zəng edən liderlərin 15 iyuldakı 239 şəhitdən heç danışmadan, saxlanılanlar və vəzifədən çıxarılanlarla əlaqəli narahatlıqlarını dilə gətirmələrinə sərt reaksiya göstərib.

Cümhuriyyətin qurulmasının 100-cü ildönümü olan 2023-cü ilə əmin addımlarla irəliləyişin davam etdiriləcəyini bildirən Ərdoğan onu da vurğulayıb ki, iqtisadiyyatda, maliyyədə və birjada hər hansı problem yoxdur.

Bu terro təşkilatının digər 170 ölkədəki məktəblərinin da bağladılmağa başlandığını xatırladan Ərdoğan “tədbir görülməyəcəyi təqdirdə onların da başına bəla olar” deyə xəbərdarlıq edib.

FETÖ başçısının Türkiyəyə geri qaytarılması üçün yaxın günlərdə ABŞ-da bir sıra görüşlər keçiriləcəyini bildirən Ərdoğan indiyədək ABŞ Türkiyədən bir terrorçu istədiyi zaman dəlil sual etmədən lazım gələnin yerinə yetirildiyini, rəsmi Vaşinqtondan da bu prosesi uzatmamasını istədiyini söyləyib.

Terror başçısının qaçması ehtimalına da toxunan Ərdoğan bildirib ki, bu artıq ABŞ-ın məsuliyyətidir. Belə bir vəziyyəti necə izah edərlər?

Türkiyədə yaxın keçmişdə baş verən hər problemi FETÖ ilə irtibatlandırmağın da düzgün olmadığını qeyd edən Ərdoğan vurğulayıb ki, bu fırıldaqçını o qədər də böyütməmək lazımdır. O qədər gücü yoxdur. Keçən illərdə Türkiyəyə dəvət etdim, amma qəbul etmədi. Çünki ABŞ-da nə qədər qalsa o qədər əfsanələşdiyini zənn etdi, Türkiyəyə qayıtsa gerçək üzünün ortaya çıxmasından narahat oldu. Onu o zaman istiqamətləndirib göndərməyənlər bugün də geri qaytarmayıb ölkəmizə qarşı ondan istifadə edirlər.

9 avqustdai Rusiyaya reallaşdıracağı səfərə də toxunan dövlət başçısı ziyarətin 24 noyabrdakı təyyarə böhranından etibarən yaşanan mənfi dövrün sovuşdurulmasına töhfə verəcəyini vurğulayıb. Ərdoğan Rus Lider Vladimir Putin ilə görüşünün ən əhəmiyyətli başlıqlarından birinin Suriya böhranı olacağını da qeyd edib.



Әlaqәli Xәbәrlәr