Türkiyə çevirilişə cəhddən sonra Qərb ölkələrindən yetərincə dəstək görmədi

Sena Nur Çelik deyib ki, əslində hadisədən sonra avropalı səlahiyyətlilərin Türkiyəyə səfərini gözləyirdik.

544755
Türkiyə çevirilişə cəhddən sonra Qərb ölkələrindən yetərincə dəstək görmədi

Bunu Belçika səfərindən dönən Türkiyə Böyük Millət Məclisi (TBMM) Xarici İşlər Komissiyası üzvlərinin spikeri, Ədalət və İnkişaf Partiyasının Antalya üzrə millət vəkili Sena Nur Çelik keçirdiyi mətbuat konfransında deyib. Belçikada keçirilən görüşlərdə əsasən Fətullahçı terror təşkilatının (FETÖ/PDY) Türkiyədə çeviriliş təşəbbüsünün müzarikə olduğunu bildirən Sena Nur Çelik deyib ki, əslində hadisədən sonra avropalı səlahiyyətlilərin Türkiyəyə səfərini gözləyirdik.

“Dövlət başçıları, nazirlər və Avropa İttifaqı liderlərinin hadisələri yalan-doğru yazan mətbuatdan təqib etmək əvəzinə, Türkiyəyə gəlib əslində nə baş verdiyini gözləriylə görmələrini istərdik.”-deyə TBMM Xarici İşlər Komissiyası üzvlərinin spikeri vurğulayıb.

Bütün faktların çevirilişə cəhdin arxasında Fətullah Gülənin dayandığını təsdiqlədiyini deyən Sena Nur Çelik xatırladıb ki, FETÖ terror təşkilatının dövlət orqanlarına sızması və buna dair istintaq əməliyyatları 2013-ci ildən davam edir.

Çeviriliş təşəbbüskarlarının bildirişini imzalamayan Baş Qərargah rəisi, general Hulusi Akarın FETÖ-nün başçısı Fətullah Gülənlə görüşdürülməsinə cəhd edildiyini xatırladan Nur Çelik bunun həmin hadisədə əli olan zabitin ifadəsində də yer aldığını bildirib. 15 iyul gecəsi isə bütün idarəçiliyi Fətullah Gülənin həyata keçirtdiyinin dəlilləri olduğunu deyən Xarici İşlər Komissiyası üzvlərinin spikeri vurğulayıb ki, Türkiyə terror təşkilatı rəhbərinin ölkəyə qaytarılmasını tələb etməsində haqlıdır.

Fransada terror aktından sonra Avropa ölkələrinin dəstəyinin Türkiyəyə də göstərilməsini görmədik və bundan təəssüfləndik deyən Nur Çelik bütün bu məsələlərin Belçikada keçirtdikləri görüşlərdə diqqətə çatdırıldığını qeyd edib.



Әlaqәli Xәbәrlәr