İbrahim Kalın  baş verən prosesləri Avropa Xarici Əlaqələr Şurasının mәrkәzindә  qiymətləndirib

Dövlət başçısının sözçüsü  İbrahim Kalın  iyulun 15-dә  hәyata keçirilən çevriliş cәhdi vә sonra  baş verən prosesləri Londond yerləşən Avropa Xarici Əlaqələr Şurasının mәrkәz qərargahında qiymətləndirib.

544342
İbrahim Kalın  baş verən prosesləri  Avropa Xarici Əlaqələr Şurasının mәrkәzindә  qiymətləndirib

Prezident Administrasiyasının  sözçüsü  İbrahim Kalın  Fәtullahçı Terror Tәşkilatı  Paralel Dövlәt İdarәçiliyinin (FETÖ/PDY) iyulun 15-dә hәyata keçirdiyi çevriliş cәhdinin   Ali Hərbi Şuranın avqust ayında nəzərdə tutulan toplantısından әvvәl  edilmәsinin  təsadüf olmadığını deyib.

 Dövlət başçısının sözçüsü  İbrahim Kalın  iyulun 15-dә  hәyata keçirilən çevriliş cәhdi vә sonra  baş verən prosesləri Londond yerləşən Avropa Xarici Əlaqələr Şurasının mәrkәz qərargahında qiymətləndirib.

 15 iyul gecəsi özünün  dövlәt başçısı Rәcәb Tayyib  Ərdoğanın iyulun 16-da keçirilmәsi nәzәrdә tutulan   proqramına hazırlıq görmək üçün Antalyada olduğunu bildirən Kalın sözlәrinә belә davam edib: ‘‘Bizә xәbәr   veriləndə,  çevriliş cəhdini  eşidəndə dövlәt başçımız, baş nazirimiz, təhlükəsizlik qüvvələri, media və bu təşəbbüsə müqavimət göstərib mane olmağa çalışan insanlarla dərhal koordinasiya yaratdıq’’ deyә bildirib.  

İ.Kalın  çevriliş cəhdinə Avropa İttifaqına  üzv ölkələrin reaksiyaları ilә bağlı  sualı belә cavablandırıb:   "Biz bir çox məsum vətəndaşımızı itirərkən müttəfiqlərimizin çevriliş cәhdini  önemsiz  kimi göstәrmәsinә təәccüblәndik. Avropalı tərəfdaşlarımızın  ən başdan demokratiya tərəfdarı güclərin yanında olmasını gözləyirdik. Qərbli  müttəfiqlərimiz  çevriliş cәhdini  pisləyib,  ancaq  çevrilişçilәr haqqında  hələ də heç bir şey demәyiblər."

 Pensiyaya çıxan  hərbi  hakim Əhməd Zəki Üçokun  çevriliş cәhdindәn sonra hazırladığı hesabatında təşkilatın Türk dövlətinin strateji qurumlarına 1980-cı illәrdәn  sızmağa başladığı  qeyd olunduğunu xatırladan Kalın: ''Məxfilik təşkilatın əsas dəyərlərindən biridir. Bir müddət təşkilatın  fәrqindә idik,   ancaq onları günahlandırmaq üçün  2013-ci ilin  dekabr  ayınadәk  konkret dәlillәr yoxdu. Daha sonralar hökumət  kəşfiyyatla əməkdaşlıq edәrәk  Gülәnçilerin çevriliş tәşәbbüskarları ilә  əlaqələrinə dair dəlil toplayıb. Gülәnçiler  2013-cü ildә   məhkəmə sistemi və hüquq-mühafizə orqanlarından qovuldu. Çevriliş  cәhdinin Ali Hәrbi Şuranın iclasından  әvvәl edilmәsi tәsadüf deyil.’’ deyә bildirib.



Әlaqәli Xәbәrlәr