Çevirilişə cəhdin arxasında Fətullah Gülən dayanır və bunu bütün dəlillər sübut edir: R.T.Ərdoğan

Dəlilləri inkar etmək üçün ya kar, ya da kor olmaq lazımdır deyən Ərdoğan Fətullah Gülənin ekstradisiyası prosesinə toxunub.

543977
Çevirilişə cəhdin arxasında Fətullah Gülən dayanır və bunu bütün dəlillər sübut edir: R.T.Ərdoğan

Bunu Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Meksikanın “Televisa” televiziyasına müsahibəsində deyib. Dəlilləri inkar etmək üçün ya kar, ya da kor olmaq lazımdır deyən Ərdoğan Fətullah Gülənin ekstradisiyası prosesinə də toxunub: “Biz sizdən bir terrorçu istəyiriksə, o terrorçunu bizə verməlisiniz. Əgər bizdən sənədlər, faktlar istəyirsinizsə, o zaman biz terrorla mübarizə apara bilmərik. Bizə nə deyirlər? Dokument. Nəyin sənədini verəcəyik?! Bizim terrorla mübarizədə itiriləcək vaxtımız yoxdur. Belə 6 ay, 1 il kimi bir zaman itkisinə səbrimiz də yoxdur”-deyə ifadə edib.

Dövlət başçısı bildirib ki, Milli Təhlükəsizlik Strateji sənədləri də bunların bir terror təşkilatı olduğunu təsdiq edir, əllərində məhkəmə qərarı var. Çevirilişə cəhd gecəsi Baş Qərargah rəisi Hulusi Akar əmrində olan zabit tərəfindən girov götürülüb və Gülənlə görüşdürmək istəyib. Bunu həmin zabitin özü də etiraf edir.

Türkiyədə Fövqəladə vəziyyət elan edilincə bəzi ölkələrin bundan niyə narahat olduğunu anlamaqda çətinlik çəkdiyini vurğulayan Rəcəb Tayyib Ərdoğan deyib ki; biz bir çevirilişə cəhd edənlərlə üzləşdik. Kimsə bizi təhlükəsizlik tədbirlərinə dair dəstəklədiyini, biz sizin yanınızdayıq demir. Diqqət edin, bu anadək Avropa Şurası, eləcə də Avropa İttifaqı “Türkiyəyə xüsusi nümayəndələrimizi göndərdik, gəlmədilər” deyə bildirib.

Çevirilişə cəhd zamanı Türkiyənin dünya demokratiyasının bu günədək görmədiyi mübarizə sərgilədiyini vurğulayan dövlət başçısı deyib ki, bu milləti alqışlamaq, təqdir etmək lazımdır.

Rəcəb Tayyib Ərdoğan “Demokratiya uğrunda bütün təbəqələr heç bir ayrı-seçkilik etmədən birləşirsə, ölkənin sənət adamları, idmançıları, yaşlısı, gənci birləşirsə, tankın altına bu millətin övladları yatırsa, bir qadını gedib tankın qarşısında dik dayanırsa, bu millət alqışa layiqdir. Kimsə bu milləti başqalarıyla müqayisə etməsin. Mən xalqım, millətimlə fəxr edirəm və millətim üçün hər şeyi fəda etməyə hazıram!”



Әlaqәli Xәbәrlәr