FETÖ/PDY və PKK: “birlikdə hərəkət edək”

PKK-çılar qaçmaq istəyən çeviriliş təşəbbüskarlarına “birlikdə hərəkət edək” çağırışını ediblər.

543228
FETÖ/PDY və PKK: “birlikdə hərəkət edək”

Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyulda çeviriliş təşəbbüsündən sonra terror təşkilatı PKK üzvlərinin radioqəbuledicilər vasitəsiylə danışıqları araşdırılıb. Məlum olub ki, PKK-çılar qaçmaq istəyən çeviriliş təşəbbüskarlarına “birlikdə hərəkət edək” çağırışını ediblər.

Bu barədə Batman İcra Hakimiyyəti başçısı Ahmed Deniz məlumat verib. Onun sözlərinə görə PKK-nın radio danışıqlarında FETÖ/PDY-lərə “birləşək”, “bir-birimizə dəstək olaq”, “birlikdə hərəkət edək” kimi cümlələr yer alır.

İcra başçısı deyib ki, hər iki terror təşkilatı birləşərək bu ölkəyə zərbə endirmək məqsədi ilə bəzi ölkələrdən dəstək də almağa çalışıb. Məqsəd isə daha aydındır. Bölgədə türk-kürd qarşıdurması yaratmaq. Lakin qərəzli niyyətlərinin baş tutmadığını əlavə edən Ahmed Dəniz vurğulayıb ki, Türkiyədə xalq yatmayıb və istənilən gücü məhv etmək əzmkarlığına malikdir. Hər iki terror təşkilatına qarşı isə mübarizə daha da gücləndiriləcək.



Әlaqәli Xәbәrlәr