Dünya gəncləri çevirilişə cəhdə qarşı birgə bəyanat yayıb

Dünyanın 40 ölkəsindən gənclər Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) Türkiyədə 15 İyul çevirilişə cəhdinə qarşı birgə bəyanat yayaraq, məlum hadisəyə kəskin etirazlarını bildiriblər.

543215

BMT-nin Dünya Humanitar Zirvəsi Gənclik Məşvərət Məclisi və İstanbul Böyükşəhər Bələdiyyəsi Gənclik Məclisinin rəhbəri Samed Ağırbaşın çağırışından sonra dünyanın 40 ölkəsindən gənclər reaksiya verib. Daha sonra sosial media vasitəsiylə gənclərin birgə bəyannaməsi yayılıb.

Bəyannamədə bildirilir:

“Dünyanın müxtəlif ölkələrindən təhsil almaq üçün Türkiyəyə gələn müsəlman tələbələr 15 İyulda Türkiyə xalqına, suverenliyinə, insan haqlarına qəsd etmək məqsədiylə FETÖ/PDY-nin çevirilişə cəhdinə kədərlə şahidlik etdi. Biz Türkiyədə təhsil alan tələbələr olaraq, ölkələrimizə döndüyümüzdə dövlət başçısı, cənab Rəcəb Tayyib Ərdoğanın liderlik etdiyi millətin bu şərəfli duruşunu vətəndaşlarımıza danışacağıq. Bütün müsəlmanları imperialist güclərə qarşı birlik olmağa dəvət edəcəyik. Türkiyədə təhsil alan xaricilər olaraq inanırıq ki, Türkiyə güclü olub ayaqda dayandığı müddətdə, tarixdə olduğu kimi bu gün də məzlumlar üçün bir ümid işığı olmağa davam edəcək.”

Әlaqәli Xәbәrlәr