Binәli Yıldırın Cozef Danfordu qәbul edib

Türkiyənin baş naziri Binəli Yıldırım Amerika Birləşmiş Ştatlarının çevriliş cəhdinə qarşı mövqeyini açıq şəkildə nümayiş etdirməsinin əhəmiyyət daşıdığını söyləyib.

542820
Binәli Yıldırın Cozef Danfordu qәbul edib

Türkiyə baş naziri Binəli Yıldırım ABŞ Baş Qərargah rəisi Cozef Danfordu Çankaya Köşkündə qəbul edib.
 
Yıldırımın  Dunford ilə görüşündə  Fətullahçı Terror Təşkilatının (FETÖ- PDY) rəhbərliyi altında15 iyulda baş verən dövlət çevrilişi cəhdinin Türk demokratiyası və Türk millətinə bu günə qədər yönələn ən böyük təhdid olduğunu, dövlətin və millətin bu prosesdən güclənərək çıxdığını ifadə etdiyi, Türkiyənin müttəfiqi ABŞ-ın bu terrorçu dövlət çevrilişi cəhdinə qarşı mövqeyini açıq və qərarlı şəkildə nümayiş etdirməsinin əhəmiyyət daşıdığını vurğuladığı bildirilib.
 
 Baş nazirin görüşdə çevriliş cəhdində iştirak edən ünsürlərə qarşı aparılan istintaq prosesində demokratik hüquqi dövlət prinsiplərinə sadiq qaldığını bildirərək, ABŞ-da yerləşən terrorçu təşkilat lideri Fətullah Gülən və FETÖ nümayəndələrinin ən qısa müddətdə Türkiyəyə ekstradisiyası məsələsində gözləntilərini təkrarladığı qeyd edilib.
 
 ABŞ Baş Qərargah rəisi Danfordun isə görüşdə 15 iyuldakı mənfur terrorist dövlət çevrilişi cəhdini ən güclü şəkildə qınadığını, bu səfəri, ölkəsinin Türk hökuməti və milləti ilə həmrəyliyini göstərmək məqsədilə həyata keçirdiyini, ABŞ-ın Türkiyədəki demokratik sistemə dəstəyinin tam olduğunu və ABŞ-ın Türkiyə ilə əməkdaşlığının hərbi sahədə olduğu kimi digər bütün sahələrdə də davam edəcəyini ifadə etdiyi bildirilir.

Dunford  ABŞ-ın Türkiyədəki demokratik sistemi dәstәklәdiyini vә ABŞ orqanlarının  Türkiyә ilə əməkdaşlığını hərbi sahədə olduğu kimi digər sahələrdə də davam edəcəyini ifadə edib.

ABŞ-ın Baş Qərargah rəisi Baş nazir Binәli Yıldırım ilә baş tutan görüşündən əvvəl Ankarada bir sıra görüşlər keçirib.

İlk olarak hәmkarı Baş Qərargah rəisi Ordu Generalı Hulisi Akar ilə görüşәn Cozef Danford  Hulisi Akar ilә Türkiyә  Böyük Millət Məclisinә baş çәkib vә binanın çevriliş cәhdi zamanı atılan bombalar nәticәsindә dağılmış hissәsinә baxış keçirib.

Cozef Danfordu daha sonra TBMM sәdri İsmail Kahraman qәbul edib.

Danford qәbul zamanı Mәclisin bombalanması sәbәbindәn kәdәrlәndiyini  ifadә edәrәk Türk xalqına başsağlığı verib.

O, ölkәsinin Türkiyә ilә uzun illərə söykənən dostlığunu bundan sonra da davam etdirәcәyini qeyd edib.

Qeyd edәk ki, Danford Ankaraya sәfәr etmәzdәn öncә Adanada yerlәşәn "İncirlik" bazasına da baş çәkib.



Әlaqәli Xәbәrlәr