Türkiyədə demokratiya keşiyi eyni həyəcan və qətiyyətlə davam edir

Demokratiya qoruyucuları ölkə boyu xidmətlərini həyata keçirir. Çevirilişə cəhdə etiraz edənlər ötən gün də Ankarada Cumhurbaşkanlığı qarşısında toplanıb. Onlara rəsmilər də dəstəyini nümayiş etdirir.

542011
Türkiyədə demokratiya keşiyi eyni həyəcan və qətiyyətlə davam edir
lütfi elvan nöbet.jpg
çavuşoğlu nöbet.jpg
ismail kahraman nöbet.jpg
lütfi elvan nöbet.jpg
çavuşoğlu nöbet.jpg
istanbul nöbet.jpg
ismail kahraman nöbet.jpg

Demokratiya qoruyucuları ölkə boyu xidmətlərini həyata keçirir. Çevirilişə cəhdə etiraz edənlər ötən gün də Ankarada Cumhurbaşkanlığı qarşısında toplanıb. Onlara rəsmilər də dəstəyini nümayiş etdirir.

Burada çıxış edən İnkişaf naziri Lütfi Əlvan vurgulayıb ki, 15 İyuldan etibarən meydanlarda növbə çəkən vətəndaşlar demokratiya, milli iradə, Vətənə, millətə, dövlətə və ayulduzlu Türkiyə bayrağına sahib çıxırblar. Türklərin beynəlxalq aləmə demokratiya dərsi verdiyini deyən İnkişaf naziri 15 İyul gecəsi qurtuluş döyüşü ruhunun qalxdığını dilə gətirib. Vətəndaşların “edam istəyərik” şüarına nazir, “heç narahat olmayın, edam məsələsinə də baxılacaq. Dövlət başçımız, ali baş komandirimiz bu məsələyə dair fikrini bildirib. Biz bu günədək xalqımıza nəyi demişiksə, onu da icra etmişik”-deyə cavablandırıb.

Xarici işlər naziri Mövlud Çavuşoğlu da çeviriliş təşəbbüskarlarının xalqa o qanlı gecəni yaşatdıqları üçün hesab verəcəklərini vurğulayıb. Nazir deyib ki, onlar bir-bir ifşa olunmaqdadır. Bəziləri qaçır, gizlənir, xarici ölkələrdən sığınacaq tələb edir, lakin biz onların da izindəyik.

Paytaxt Ankarada Kızılay Meydanında keçirilən “demokratiya növbəsi”ndə iştirak edən Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman çıxışında bildirb ki, iyulun 15-də Türkiyə böyük bəladan xilas oldu. Əvvəlki illərdə baş verən çevirilişlərdən fərqli olaraq millət demokratiyasına sahib çıxdı. Millət Məclisinin sədri deyib ki, bundan sonra Türkiyə dövləti bir daha çeviriliş yaşamayacaq. Çünki xalq artıq buna “dayan” deyir.

Nəqliyyat, Dənizçilik və Telekomunikasiya naziri Ahmed Arslan da bu meydanda çıxışında deyib ki, etnik quruluşu min illərə söykənən türklər məzhəb, dil, irqi ayrı-seçkilik etmədən, qardaşca yaşayaraq, dünyaya milli şüurun, millət kimi formalaşmanın nə demək olduğunu göstərir.

“Gülənçilər sizin meydanlara çıxıb tankın önünə atılacağınızı, helikopterlərdən açılan atəşlərin qarşısında duracağınızı hesaba almayıblar. Vətəndaş, ali baş komandir, baş nazir, Türkiyə Böyük Millət Məclisi və ən əsası isə milli iradəniz Vətənə sahib çıxaraq dünyaya nümunə oldu”-deyə nazir çıxışını yekunlaşdırıb.

Ötən gün Türkiyənin dörd bir yanında olduğu kimi İstanbulda da daha çox gənclərin təşkil etdiyi minlərlə şəxs meydanları boş buraxmayıb. Əllərdə bayraqlar, dillərdə demokratiya şüarlarıyla Fəthullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinə (FETÖ/PDY) lənət yağdırılıb. Demokratiya keşikçiləri ənənəvi olaraq Kısıklıda, dövlət başçısının iqamətgahı önünə ötən gecə də toplanıb. Çeviriliş təşəbbüskarları bir daha qınanıb.

Uşakdakı “demokratiya keşiyin”də isə İqtisadiyyat naziri Nihat Zeybekci də iştirak edib. Nazir çıxışında xaqlın gülənçilərə vurduğu zərbənin davamlı olacağını bildirib. Əlavə edib ki, onlardan hüquqi çərçivəsində hesab sorulacaq.



Әlaqәli Xәbәrlәr