Türkiyə ABŞ-dan gələn "Təcili həbs nəyə görə lazımdır?" sualına cavab verən ikinci məktubu göndərdi.

Türkiyə

541107
Türkiyə  ABŞ-dan gələn "Təcili həbs nəyə görə lazımdır?" sualına cavab verən ikinci məktubu göndərdi.

Türkiyə Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) başçısı qiyabi məhbus Fətullah Gülənin ekstradisiya edilənə qədər müvəqqəti olaraq 60 günlüyünə həbs olunması tələbi qarşısında Amerika Birləşmiş Ştatlarından gələn "Təcili həbs nəyə görə lazımdır?" sualına cavab verdi.
 
 Cavabda Gülənin 15 iyul dövlət çevrilişi cəhdindki rolu vurğulandı və başqa ölkələrə qaçacağı ilə bağlı kəşfiyyat məlumatının olduğuna diqqət çəkildi.
 
Xatırladaq ki, Türkiyə ABŞ-dan Fətullah Gülənin ekstradisiya edilənə qədər müvəqqəti olaraq 60 günlüyünə həbs olunmasını tələb edib və ABŞ Ədliyyə Nazirliyi və Dövlət Departamentinə 2 ayrı məktub göndərib.
 
 ABŞ Dövlət Departamentinə göndərilən yazıda ekstradisiya tələb olunaraq hüquqi prosesin Türkiyə Respublikasına  bildirilməsi istənilib, Ədliyyə Nazirliyinə yazılan yazıda isə Gülənin həbs olunması tələb edilib.
 
 ABŞ Ədliyyə Nazirliyindən bu yazılara verilən cavabda "Təcili həbs nəyə görə lazımdır?"  sualı gəldi.
 
 Bundan sonra Türkiyə Ədliyyə Nazirliyi ABŞ Ədliyyə Nazirliyinə  ikinci yazını göndərdi.
 
 "Habertürk"ün yayımladığı xəbərinə görə, ikinci dəfə göndərilən yazıda Gülənin 15 İyulda Türkiyədə həyata keçirilən dövlət çevrilişi cəhdinə görə məsuliyyət daşıdığı vurğulanır.

 Yazıda bu iddianı dəstəkləyən çevrilişçi əsgərlərin ifadələri də vardır.
 
Məktubda eyni zamanda, başqa ölkələrə qaçacağı ilə bağlı kəşfiyyat məlumatına diqqət çəkilərək, Gülənin təcili surətdə həbs olunmasının vacibliyi qeyd olunur.
 
 ABŞ-nın bu yazıya hansı cavab verəcəyi maraqla gözlənilir.



Әlaqәli Xәbәrlәr