Richard Moore:"Türk demokratiyası yetkinliyini sübut etdi"

İngiltərənin Türkiyə səfiri Richard Moore: "Hökumətin bu çevriliş cəhdində gülənçilərin olduğuna dair açıqlamalarını qəbul etməkdə çətinlik çəkmirəm" dedi.

541123
Richard Moore:"Türk demokratiyası yetkinliyini sübut etdi"

İngiltərənin Türkiyə səfiri Richard Moore Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin  (FETÖ/PDY) iyulun 15-da Türkiyədə həyata keçirdiyi dövlət çevrilişi təşəbbüsü ilə əlaqədar olaraq:
 
"Hökumətin bu çevriliş cəhdində gülənçilərin olduğuna dair açıqlamalarını qəbul etməkdə çətinlik çəkmirəm" dedi.
 
 Türkiyədə çap olunan"Hürriyyət" qəzetinin xəbərinə görə Richard Moore Türk xalqının küçələrə çıxaraq 15 iyul çevriliş cəhdinin qarşısını almasını və sonra bütün siyasi partiyaların bir araya gələrək vətəndaş iradəsinə sahib çıxmasını : " Türk demokratiyası yetkinliyini sübut etdi" ifadəsi ilə dəyərləndirdi.
 
İngiltərə səfiri Gülən təşkilatının İngiltərədəki fəaliyyətləri barədə dəlilə əsaslanan məlumatların təmin edilməsi halında tərəddüd etmədən əməkdaşlıq edəcəklərini qeyd etdi.
 
 



Әlaqәli Xәbәrlәr