Fikri Işık televiziya kanalına müsahibә verib

Türkiyәnin  Milli Müdafiə naziri Fikri Işık  Fetullahçı Terror Təşkilatı Paralel Dövlət Quruculuğunun  (FETÖ/PDY)  Türk Silahlı Qüvvələrindәki  ‘‘tәmizlәmә’’ prosesinin  hələ ki,  tamamlanmadığını vә  yeni siyahının  olduğunu deyib.

540453
Fikri Işık  televiziya kanalına müsahibә verib

F. Işık: ‘‘Çevriliş cәhdindә iştirak edәn  heç bir terrorçunu Türk Silahlı Qüvvәlәrindә  saxlamayacağıq vә heç biri әsgәr geyimi geyinmәyәcәk’’ deyib.

Bir televiziya kanalına müsahibә verәn Fikri Işık Ali Hәrbi Suranın  dünәn baş tutan iclası ilә bağlı açıqlamalar verib.

 FETÖ təzyiqi nəticəsində hərbi məktəblərdən qovulanlarla bağlı iş aparıldığını  bildirən nazir Işıq: ‘‘O dostlarımızın  problemlәrini hәll edәcәk  tәnzimlәmәni tәmin etdik. Tәnzimlәmәni hazırladıq lakin çәrçivәsini  Baş nazirimiz vә Maliyyә nazirimizlә  müzakirә edib müәyyәnlәşdirәcәyik’’ deyә bildirib.

 Hәrbi Ali Mәhkәmә ilә hәrbi Kassasiya  mәhkәmәsinin birlәşdirilmәsinin  mümkün ola bilәcәyini  qeyd edәn Fikri Işık, bunun әvәzindә   hәrbi xidmәt ilә bağlı mәhkәmәlәrin  işlәrini  struktur dәyişikliklәri edәrәk  davam etdirәcәklәrini   bildirib.

F.Işık FETÖ-nun çevriliş cәhdindәn sonra Türk Silahlı Qüvvәlәrinin inventarında itki vә ya istifadәyә yararsız  halda  tәyyarә vә helikopterlәrin olmadığını da bildirib.



Әlaqәli Xәbәrlәr