“Ordu bu hadisədən sonra xərçəng şişindən təmizləndi”, H.Yazıçı

AK Partiya sədrinin müavini Hayati Yazıçı TRT Haberin 15 İyul Millət Studiyası proqramında canlı yayımda əvvəlcə çevrilişə cəhd və bu zaman TRT-nin mövqeyi ilə bağlı danışıb

539757
“Ordu bu hadisədən sonra xərçəng şişindən təmizləndi”, H.Yazıçı

  Ədalət və İnkişaf Partiyasının – AK Partiyanın sədr müavinləri Hayati Yazıcı, Mustafa Ataş, Cevdet Yılmaz, Mehdi Eker, Öznur Çalık, Erol Kaya, Şaban Dişli, Çiğdem Karaaslan, Vedat Demiröz və AK Partiyanın Qadın Qolunun sədri Lütfüye Selva Şam TRT-də çıxış ediblər.

  AK Partiya sədrinin müavini Hayati Yazıçı TRT Haberin 15 İyul Millət Studiyası proqramında canlı yayımda əvvəlcə çevrilişə cəhd və bu zaman TRT-nin mövqeyi ilə bağlı danışıb.  

  Türkiyədə bir neçə dəfə çevriliş baş verdiyini, hər dəfə ilk hədəflərdən birinin TRT olduğunu, qiyamçıların buradan cəmiyyətə qorxuvermə və böyunəymə məqsədləri çatdırdıqlarını xatırladan Yazıçı deyib: "Bu dəfə də buranı seçdilər. Amma TRT bütün imkanlarını səfərbər edərək özəl televiziyaları məlumatlandırdı, yayımın uzun sürməsinin qarşısını aldı və qısa müddətdən sonra normal iş rejiminə keçdi".

  Hayati Yazıçı onu da xatırladıb ki, “Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın televiziyadan ictimaiyyətə səslənməsi, milləti suverenlik hüququna sahib çıxmağa çağırması, qiyamçılara müqavimət göstərməyə dəvət etməsindən, Baş nazir Binəli Yıldırımın da eyni müraciətlərindən sonra millətin daha da həyəcanlanaraq küçələrə çıxması qiyamçıların heç gözləmədiyi demokratik nümayiş oldu.

  Türkiyə Respublikasının bir hüquq dövləti olduğunu vurğulayan Yazıçı cinayəti təşkil edən ünsürlərin mütləq hesabat verəcəklərini diqqətə çatdırıb.

  Türkiyə Silahlı Qüvvələril bağlı da münasibət bildirən Yazıçı bu sözləri deyib: "Ordu bizim ordumuzdur, Türk millətinin ordusudur. Kimlərin bu çevrilişə təşəbbüs etdiyi, kimlərin hansı mövqedə durduğu qısa zamanda aşkarlandı, bilindi. Ordu bu hadisədən sonra xərçəng şişindən təmizləndi, Türkiyə milləti uğur qazandı.”



Әlaqәli Xәbәrlәr