Beynəlxalq ictimayyət Türkiyədə baş vermiş çevirilişə cəhdə kəskin reaksiyalar göstərir

Preşeva Mədəniyyət Evində toplanan nümayişçilər dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Türkiyəyə dəstək olduqlarını bildiriblər. Əllərində Türkiyə bayraqları ilə “Preşeva vadisi sizinlə” şüarları səsləndirən nümayişçilər heç bir qüvvənin milli iradəyə qar

539115
Beynəlxalq ictimayyət Türkiyədə baş vermiş çevirilişə cəhdə kəskin reaksiyalar göstərir
fetö'nün darbe girişimine tepkiler.jpg
fetö'nün darbe girişimine dünyadan tepkiler, kırçova, makedonya.jpg
fetö'nün darbe girişimine dünyadan tepkiler, kırçova, makedonya.jpg
fetö'nün darbe girişimine tepkiler.jpg

Preşeva Mədəniyyət Evində toplanan nümayişçilər dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Türkiyəyə dəstək olduqlarını bildiriblər. Əllərində Türkiyə bayraqları ilə “Preşeva vadisi sizinlə” şüarları səsləndirən nümayişçilər heç bir qüvvənin milli iradəyə qarşı ola bilməyəcəyi vurğulayıb.

Türkiyədə 15 iyul çevirilişə cəhdi Cənubi Afrikada bir çox qeyri-hökumət təşkilatları (QHT) da kəskin pisləyib.

Cohannesburgda bir yerə toplanan QHT nümayəndələri FETÖ/PDY-nin hərbi çevirilişə cəhdini tənqid ediblər. Daha sonra birgə mətbuat konfransı keçirən qeyri-hökumət təşkilatları nümayəndələri hadisə zamanı dövlət və millətin böyük inamla qəti qərar sərgilədiyinə diqqəti çəkiblər. Bu müqavimətin bütün insanlığa nümunə olduğu və dünya tarixində qalacağını bildirilən çıxışçılar xalqın səsverməsi ilə seçilən hökumətə qarşı hüquqin yolla mübarizənin doğru olduğunu bildiriblər.

İslam aləminə belə hadisələrin yaraşmadığını, müsəlmanın özü və sözü bir olmalıdır-deyən QHT nümayəndələri Türkiyə hökuməti və xalqını dəstəklədiklərini deyiblər.

Makedoniyanın qərbində yerləşən Kırçova şəhərində də FETÖ/PDY-nin çevirilişə cəhdini kəskin qınayıblar. Ölkədə fəaliyyət göstərən  Türkiyə Qeyri-Hökumət Təşkilatları Birliyinin şəhərin mərkəzində keçirtdiyi etiraz aksiyasında nüfuzlu şəxslər, rəsmilər də iştirak edib.

Aksiya iştirakçıları Türkiyə hökuməti və dövlət başçısına dəstəklərini nümayiş etdiriblər.

Birliyin sədri Tahsin İbrahim çıxışında çevirilişə cəhdin “ana vətən”ə xəyanət olduğunu, Türkiyənin sabitliyini pozmaq məqsədi daşıdığını bildirərək, qanlı hadisəni Türkiyə xalqının lazımi şəkildə qarşısını aldığını vurğulayıb.



Әlaqәli Xәbәrlәr