Ali Hәrbi Suranın iclası bu gün baş tutacaq

Ali Hәrbi Surası  bu gün Baş nazir Binәli Yıldırımın sәdliyi ilә Çankaya Köşkündә  toplanacaq.

539093
Ali Hәrbi Suranın iclası bu gün baş tutacaq

Ali Hәrbi Surası  bu gün Baş nazir Binәli Yıldırımın sәdliyi ilә Çankaya Köşkündә  toplanacaq.

İclasın  gündәmindә Fәtullahçı Terror Tәşkilatı Paralel Dövlәt Quruculuğunun  (FETÖ/PDY) iyulun 15-dә hәyata keçirdiyi çevriliş cәhdi olacaq.

 Şura iclasında  çevriliş cәhdi ilә әlaqәsı olduğu iddia edilәn  100-dәn çox  general vә admiral ilә  mindәn çox  zabit vә gizirin  vәziyyәtinә dair qәrarın alınması gözlәnilmir.

 Vəzifə müddətləri başa çatmayan  Baş Qərargah rəisi Ordu Generalı Hulusi Akar, Quru Qoşunlar Komandanı  Ordu Generalı Salih Zəki Çolak  və Hava Qüvvələri Komandanı  Ordu Generalı Abidin Ünalın  vəzifələrinə davam etməsi gözlənilir.

Şura çərçivəsində alınan qərarların dövlәt başçısı Rəcəb Tayyib Ərdoğan tәsdiq etdikdәn sonra  ictimaiyyətilə bölüşülməsi gözlənilir.

 



Әlaqәli Xәbәrlәr