Türkiyə turizmində yenidən canlanma

Egey bölgəsində böyük istirahət məkanlarından olan Kuşadası və Didim rayonlarına turistlərin səfəri başlayıb

538534
Türkiyə turizmində yenidən canlanma

  FETÖ/PDY-nin çevirilişə cəhdindən sonra ölkənin turizm sektorunda geriləmə müşahidə olunurdu. Lakin bir sıra beynəlxalq təşkilatların Türkiyədə təhlükəsizliyin hökm sürdüyü çağırışını etməsilə turistlərin arzuladığı ölkəyə səfərlər yenidən başlanıb.  

  Egey bölgəsində böyük istirahət məkanlarından olan Kuşadası və Didim rayonlarına turistlərin səfəri başlayıb. Didim Turizm Dərnəyinin rəhbəri Ercüment Alkaner otellərin əvvəlki qaydada fəaliyyət göstərdiyini, xidmətçilərin daha təhlükəsiz və tədbirli davrandığını deyib. Daxili turizmin normal səviyyədə olduğunu bildirən dərnək rəhbəri məlumat verib ki, "Müqayisədə əcnəbilər azlıq təşkil edir. Əvvəlcədən yer sifarişi verən turistlər isə gözləmə mövqeyindədir".

  Ercüment Alkaner onu da deyib ki, "Məsələ ilə bağlı turizm şirkətləriylə əlaqə saxlanılıb, çatışmazlıqlar aradan qaldırılıb və təyyarə reysləri planlaşdırıldığı kimi davam edəcək. Hər hansı bir ləğvetmə qeydə alınmayıb. Yaxın bölgədən gələcək qonaqların qeydiyyatı aparılır".

  Didimin geniş sahil çimərliklərindən biri olan Altınkumda əvvəlki kimi sıxlıq müşahidə edilir.

  Türkiyə Səyahət Agentlikləri Birliyinin Kuşadasını əhatə edən bölgələr üzrə icracı direktoru Fahreddin Çiçek də bildirib ki, "Son hadisədən sonra ölkəmiz sanki uçurumun kənarından dönüb".

  Turizm sektorunun işçiləri kimi onlar da çevirilişə cəhdə qarşı mübarizə aparıblar. Fahrəddin Çiçək vurğulayıb ki, "Səlahiyyətlilər xoşagəlməz hadisənin mənfi nəticələrini tezliklə aradan qaldırmalıdır. Yalnız bundan sonra xarici turistlər rahat şəkildə ölkəyə daxil ola bilər".

  Çevirilişə cəhdin yatırılmasından sonra ilk günlər təyyarə reyslərində təxirəsalmanın olduğunu xatırladan icracı direktor sevinclə əlavə edib ki, Kuşadası limanına bu gün yan alan gəmilər ürəklərə su səpib.



Әlaqәli Xәbәrlәr