Hulusi Akar ilə Joseph Dunford  arasında telefon danışığı oldu

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi General Hulusi Akar ilə Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin Baş Qərargah rəisi  Joseph Dunford  arasında iki dəfə telefon danışığı oldu.

538969
Hulusi Akar ilə Joseph Dunford  arasında telefon danışığı oldu

 Hərbi mənbələrdən alınan məlumata görə, ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Dunford Fətullahçı Terror Təşkilatı Paralel Dövlət Quruculuğunun (FETÖ/PDY) 15 iyuldakı dövlət çevrilişi cəhdindən sonra Hulusi Akara zəng edib, lakin onunla danışa bilməyib.
 
 Hulusi Akar gündəminin gərgin olması səbəbindən Dunforda iki gün sonra zəng edə bilib.
Dunford telefon görüşündə Akara çevriliş cəhdi ilə əlaqədar təəssüfünü ifadə etdikdən sonra  İncirlik və Diyarbəkirdə yerləşən hava bazalarının elektrik və maye yanacaqla təmin oluna bilinmədiyini dilə gətirib.
 
 Görülən tədbirlər nəticəsində problem həll olunduqdan sonra Joseph Dunford təşəkkür etmək məqsədilə yenidən  Hulusi Akara zəng edib.
 
İkinci telefon görüşündə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi  FETÖ Terror Təşkilatının başçısı Fətullah Gülənin qaytarılması məsələsində dəstək istəyib.



Әlaqәli Xәbәrlәr