Fətullah Gülənin qaçacağına dair məlumat

Ədliyyə naziri Bəkir Bozdağ Fətullahçı Terror Təşkilatı Paralel Dövlət Quruculuğunun (FETÖ/PDY) başçısı Fətullah Gülənin qaçacağına dair kəşfiyyata əsaslanan məlumatlar əldə etdiklərini söyləyib.

538501
Fətullah Gülənin qaçacağına dair məlumat

Ədliyyə naziri Bəkir Bozdağ Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) başçısı Fətullah Gülənin qaçacağına dair kəşfiyyata əsaslanan məlumatlar əldə etdiklərini söyləyib.

Bozdağ özəl televiziya kanallarından birinə verdiyi açıqlamada ABŞ-ın çevrilişə cəhddən sonra Güləni qaytarmamasının Türkiyə ilə əlaqələrini korlayacağını bildirib.

Çevriliş cəhdi ilə əlaqəli sənədlərin hazırlıq prosesinin davam etdiyini qeyd edən nazir dörd ayrı dosyanı da amerikalı rəsmilərə göndərdiklərini vurğulayıb: “Türkiyə olaraq Fətullah Gülənin müvəqqəti olaraq tutulması və Türkiyəyə qaytarılmasını tələb etdik. Dörd ayrı sənəd toplusunu  isə amerikalı rəsmilərə göndərdik. Bunun qarşısında bu ölkənin rəsmiləri Türkiyə ilə həmin mövzuda əməkdaşlığa hazır olduqlarını bildirdilər.”

Amerikalı rəsmilərin Türkiyənin tələblərinin dəğərləndirilməsinə dair yanaşmalarının Güləni narahat etdiyinə diqqət çəkən Bəkir Bozdağ Gülənin Türkiyəyə gəlməmək üçün amerikalı rəsmilərə yalvardığını bildirib: “bu onun gərçək sifətini, kim olduğunu göstərməsi baxımından da xeyli əhəmiyyətlidir.”

Gülənin qaçmaq üçün araşdırmalar apardığını, özünə görə bəzi ölkələr müəyyənləşdirdiyini ifadə edən ədliyyə naziri vurğulayıb ki, Türkiyəyə qaytarılmayacağına inandığı ölkələr və yaxud da Türkiyə ilə arasında ədliyyə sahəsində əməkdaşlığa dair sazişin olmadığı ölkələr seçərək, buralarda özünə yer axtarır və hər an bu ölkələrdən birinə qaça bilər. O Misir, Meksika, Kanada, Avstraliya, Cənubi Afrika ölkələrinə qaçmağı fikirləşir.

Ədliyyə naziri Bəkir Bozdağ TBMM-nin ümumi iclasında 15 iyul Çevrilişə Cəhdi Araşdırma Komissiyasının kurulmasına dair görüşdə hökumət adından çıxış edərək deyib ki, əgər çevrilişə cəhddən sonra tədbir görülməsə yeni bir çevriliş cəhdinin başlayacağına dair günləri sayarıq. Çevrilişə cəhddən sonra “hər şey bitdi” deyilib hər hansı addım atılmasa, bu vaxt yeni çevriliş cəhdləri həyata keçirilər. Gülən video vasitəsilə saxlanılanlara deyir ki, heç nəyi etiraf etməyin, güclü olun, siz belə rəftar etsəniz tarix sizi şərəfləndirəcək…

Fətullah Güləndən Türkiyəyə gəlməsini istəyən nazir onu da bildirib ki, belə addımlar atacağına gəlsin Türkiyəyə təslim olsun.



Әlaqәli Xәbәrlәr