Şimali Kıbrıs Türk Respublikası Baş naziri Hüseyn Özgürgün Ankarada görüşlǝr keçirir

Qonaq Baş nazir Özgürgün, Çankaya Köşkündǝ Baş nazir Binali Yıldırım tərəfindən rǝsmi mərasimlə qarşılanıb.

537877
Şimali Kıbrıs Türk Respublikası Baş naziri Hüseyn Özgürgün Ankarada görüşlǝr keçirir

Qarşılama mərasiminə Baş nazir müavini Tuğrul Türkeş, xarici işlər naziri Mevlüt Çavuşoğlu, Mədəniyyət və Turizm naziri Nabi Avcı ilə Meşə və Su İşləri naziri Veysǝl Əroğlu da qatılıb.

Qarşılama mǝrasimindǝn sonra baş tutan ikitərəfli və heyətlərarası danışıqlarda gündǝmǝ salınan mövzuların başında Fetullahci Terror Təşkilatının 15 iyulda cǝhd etdiyi çevriliş yer tutub.

Çevrilişǝ cǝhddǝn sonra Şimali Kıbrıs Türk Respublikası nazirlǝr kabinetinin qǝbul etdiyi qǝrar çǝrçivǝsindǝ feto / PDY terror təşkilatı, terror təşkilatı siyahısına salınıb.

Danışıqlardan sonra tǝşkil edilǝn birgǝ mǝtbuat konfransında, Şimali Kıbrıs Türk Respublikasına sığınan sui-qǝstçilǝrin Türkiyǝyǝ qaytarılacağını ifadǝ edǝn Baş nazir Binali Yıldırım, Türk millǝtinin 15 iyulda dastan yazdığını, prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla hökumət və Türk xalqının sǝrgilǝdiyi qǝrarlılıq sayǝsindǝ xain cǝhdin qarşısı alınaraq dünya demokratiya tarixindǝ bir ilkǝ imza atıldığını vurğulayıb.

Qonaq Baş nazir Özgürgün də, Şimali Kiprdə Fetullahci Terror Təşkilatı Paralel Dövlət Tǝşkilatlanması feto / PDY-nın heç bir fǝaliyyǝtinǝ icazǝ vermiyǝcǝklǝrini qeyd edib.

 



Әlaqәli Xәbәrlәr