Ərdoğan: "Ömrünü tarixi araşdırmalara həsr edən İnalcık bizlərə zǝngin bir irs qoydu"

Bilkent Universitetindǝn  verilǝn  mǝlumata görǝ Universitetin Tarix şöbəsinin qurucusu, Osmanlı tarixçisi Prof. Dr. İnalcık dünən axşam vəfat edib.

537606
Ərdoğan: "Ömrünü  tarixi araşdırmalara həsr edən İnalcık  bizlərə zǝngin bir irs qoydu"

Universitetin rǝhbǝrliyi tǝrǝfindǝn verilǝn açıqlamada : “ Millǝtimizǝ, mǝrhumun bütün sevənlərinə, Bilkent ictimaiyyətinə və ailəsinə başsağlığı veririk” deyilib.

Professor Xǝlil İnalcık 27 İyulda Bilkent və Ankara Üniversitelerindǝ xatirǝsinǝ  tǝşkil edilǝcǝk  mǝrasimdǝn  sonra   28- iyulda İstanbuldakı ailə qəbiristanlığın dǝfn edilǝcǝk.

Siyasǝt dünyası da tarixçi Xǝlil İnalcıkın vəfatı sǝbǝbiylǝ başsağlığı mesajı yayıblar.

Prezident Rəcəb Tayyib Ərdoğan verdiyi mesajında, İnalcıkın vəfatını dərin kǝdǝrlǝ öyrəndiyini ifadə edərək: “Ömrünü Türk və dünya tarixi araşdırmalarına həsr edən, tərəfsiz və ǝvǝzsiz əsərləriylə dünyanın etibarlı tarixçiləri arasında yer tutan İnalcık, kitabları, araşdırma və təhlillǝri ilǝ bizlərə zǝngin bir miras buraxmışdır.”

Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman da, başsağlığı mesajında İnalcıka Allahdan rəhmət, yaxınlarına səbir dilǝdiyini ifadǝ edǝrǝk: “Qiymətli alim vǝ tarixçi, mədəniyyətimizin  güzgüsü  olan tariximizin doğru başa düşülməsi üçün böyük sǝy etmişdir. Bu sǝbǝblǝ ona dövlət və millət olaraq minnətdarıq”.

Baş nazir Binali Yıldırım da başsağlığı mesajında: “Elm dünyamız çox qiymətli bir mənsubunu itirmişdir. Böyük alim Xəlil İnalcıka Allahdan rəhmət, ailəsinə, akademiya dünyamıza və bütün sevənlərinə başsağlığı diləyirəm” deyǝ vurğulayıb.

Baş nazirin müavini Numan Kurtulmuş da twitter hesabından çatdırdığı başsağlığı mesajında belǝ yazıb: “Xǝlil İnalcık minlərlə tələbə yetişdirmiş ulu bir çinardı. Dünyada etibar vǝ hörmǝtǝ layiq böyük bir elm adamı idi”.

26 May 1916-cı ildə İstanbulda dünyaya gələn Xǝlil İnalcık, Krım Tatarıydı.

 

O, 1936-ci ildə Ankara Universiteti Dil, Tarix və Coğrafiya Fakültəsi Yeni Çağ tarixi bölmǝsindǝ ali təhsilə başlamışdır.

1942-ci ildə Tənzimat və Bolqar Məsələsi adlı doktorluq dissertasiyasını vermişdir.

Uzun illər eyni fakültədə Osmanlı və Avropa tarixi üzərinə dərs verdikdən sonra 1972-ci ildə Chicago Universiteti Tarix Hissəsinə “Osmanlı tarixi Universitet Professoru” olaraq dəvət edilǝn alim vǝ yazıcı 1993-ci ildə Türkiyəyə qayıdaraq Bilkent Universitetində fǝaliyyǝtǝ  başlamışdır. Yüksǝs səviyyədə Osmanlı Türkcəsi, İngilis, Fransız, Alman, Ərəb, fars və İtaliy dillǝrini bilǝn İnalcık, Cambridge Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən dünyada ictimai elmlər sahəsində etibarlı 2000 elm adamı arasına salınmışdır.



Әlaqәli Xәbәrlәr