Binәli Yıldırım ‘‘The Guardian’’ qәzetinә müsahibә verib

Türkiyәnin Baş naziri Binәli Yıldırım Türkiyә ilә Amerika Birlәşmiş Ştatlarının  çox uzun  keçmişi  olan  dostluq vә ittifaq  münasibәtlәrinin olduğunu bildirib.

538228
Binәli Yıldırım ‘‘The Guardian’’ qәzetinә  müsahibә verib

Türkiyәnin Baş naziri Binәli Yıldırım Türkiyә ilә Amerika Birlәşmiş Ştatlarının  çox uzun  keçmişi  olan  dostluq vә ittifaq  münasibәtlәrinin olduğunu bildirib.

İngiltәrәnin  ‘‘The Guardian’’ qәzetinә  müsahibә verәn  Baş nazir Binәli Yıldırım  ABŞ-ın Fәtullahçı Terror Tәşkilatı Paralel Dövlәt Quruculuğunun başçısı  Fәtullah Gülәndәn tәrәf olacağına inanmadığını  söylәyib.

''The Guardian’’ internet portalında yayımlanan müsahibәdә Binәli Yıldırım çevriliş cәhdinin  hәyata keçirildiyi gecә ilә bağlı: ‘‘Bunun xalqa qarşı  bir  çevriliş cәhdi olduğunu anladıq vә  xalqı  öz gәlәcәklәrinә vә ölkәnin gәlәcәyinә  yiyə durmağa çağırdıq’’ deyib.

Binәli Yıldırım:‘’Bu çevriliş cәhdinin qarşısı alındıqdan sonra saxlanılan  әsgәr formalı  insanlar dәrhal danışmağa başladılar  vә olanları etiraf etdilәr’’  deyә bildirib.

Gülәn  ABŞ-da  yaşadığına görә  xalqın fikrindә : ‘‘Görәsәn  ABŞ-ın bu işdә әli varmı ‘’ sualının  formalaşdığını bildirәn Yıldırım: ‘‘Türkiyә vә ABŞ-ın  çox uzun keçmişi olan dostluq vә ittifaq  münasibәtlәri var. Ona görә dә ağla gәlәn bu fikirlәrә  inanmıram’’ deyib.

Gülәnin çevriliş cәhdindә әlinin olduğu ilә bağlı  sәnәdin ABŞ-a  hәlә ki, göndәrilmәdiyini  bildirәn Yıldırım: ‘‘Bu sәnәd göndәrilәcәk vә bununla bağlı  heç bir şübhə qalmayacaq’’ deyib.

Yıldırım: "ABŞ bu nöqtədən sonra özü üçün regionda və dünyada strateji müttəfiq olan Türkiyə ilə necə əməkdaşlıq edəcəyini düşünməlidir" deyә bildirib.



Әlaqәli Xәbәrlәr