Ərdoğanın Marmarisdə qaldığı otelə hücum edən əsgərlərdən 10-nun axtarışı davam edir

Marmarisdə otelə hücumda iştirak edən 10 əsgəri yaxalamaq üçün əməliyyatlar davam edir

537358
Ərdoğanın Marmarisdə qaldığı otelə hücum edən əsgərlərdən 10-nun axtarışı davam edir

Türkiyədə Fətullahçı Terror Təşkilatı Paralel Dövlət Quruculuğunun (FETÖ/PDY)  iyulun 15-də dövlət çevrilişi cəhdində ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın Marmarisdə qaldığı otelə hücum edən əsgərlərdən 7-si daha yaxalandı.
 
 Muğla - Marmaris avtomobil yolu üzərində 7 nəfərin yoldan keçən maşınları dayandırmağa çalışdıqları haqqında verilən xəbərə əsasən təhlükəsizlik qüvvələri hərəkətə keçdilər.
 
 Müharibə Arama-Xilasetmə Briqadasından Mayor Taner Berberin də  aralarında olduğu 7 şübhəli polis idarəsinə aparılıb.
 
 Marmarisdəki otel hücumunda iştirak edən 36 əsgərdən 19-u hadisədən dərhal sonra başladılan əməliyyatlarda yaxalanaraq həbs olunub..
 
 Hazırda qaçan 10 əsgəri yaxalamaq üçün əməliyyatlar davam edir.



Әlaqәli Xәbәrlәr