Çevriliş cǝhdindǝn sonra bütün ölkǝdǝ hǝyat normallaşıb

Baş nazir Binali Yıldırım, qlobal sərmayəçilərə, uğursuzluqla nǝticǝlǝnǝn çevriliş cǝhdindǝn sonra bütün ölkǝdǝ hǝyatın normallaştığını bildirib.

536834
Çevriliş cǝhdindǝn sonra bütün ölkǝdǝ hǝyat normallaşıb

Baş nazir Binali Yıldırım İqtisadiyyat tele kanalı Bloomberg verdiyi müsahibǝdǝ, çevriliş cǝhdindǝn sonra Türkiyǝnin kredit reytinqinin aşağı salınmasının haqsızlıq olduğunu, lakin iqtisariyyatın bundan mǝnfi tǝsirlǝnmǝdiyini, hökumǝtin güçlü iqtisadi böyümǝnin tǝmini uğrunda lazımlı addımları atmaqda qǝrarlı olduğnu qeyd edib.

Türkiyənin strateji layihələr ilǝ ǝlaqǝdar bir fond yaratdığını ifadǝ edǝn Baş nazir Yıldırım, bunun nǝhǝng layihələri maliyyəlǝşdirǝcǝk gücǝ sahib olduğunu, böyümə hədəflərinǝ nail olunmasında, Türk bankdarlıq rejiminin dǝ əhəmiyyətli öhdǝliklǝrinin olduğunu, zǝrurǝt olması halında güzəştli faiz dərəcələrinin, prioritetli sahələrdə hǝyata keçirilǝn investisiyalar üçün tətbiq edilǝcǝyini vurğulayıb.

Uğursuzluqla nǝticilǝnǝn çevriliş cǝhdindǝn sonra siyasi sabitlik mövzusuna da toxunan Baş nazir Yıldırım : “Seçki ilǝ itirəcək zamanımız yoxdur. Parlamentǝ seçkilǝr planlaşdırıldığı kimi 2019-ci ildə keçirilǝcǝk”.



Әlaqәli Xәbәrlәr