Türkiyə prezidenti xalqa müraciət etdi

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 15 iyul dövlət çevrilişi cəhdinin hədəfində hökumət, millət və Türk silahlı Qüvvələri olduğunu bildirdi.

536161
Türkiyə prezidenti xalqa müraciət etdi

 Ərdoğan xain gecədən etibarən küçələri boşaltmayan milyonlarla vətəndaşa müraciət etdi.

 Prezident: " 15 iyul silahlı çevriliş təşəbbüsünün imanı ilə qarşısını alan, əziz millətim" deyə səslənərək :"vətəndaşlarımıza və xainləri məğlubiyyətə uğradan təhlükəsizlik orqanlarımıza minnətdarlığımı bildirirəm" dedi.

 Meydanlarda, sağçı-solçu, ələvi-sünni deyil, Qurtuluş Savaşında olduğu kimi, bütün Türkiyənin, bütün millətin olduğunu vurğulayan Ərdoğan gələcəyin, hüquq və müstəqilliyin, demokratiyanın tərəfində durduğu üçün hər kəsə təşəkkür etdi.

 Asiyadan Afrikaya qədər dəstəklərini çatdıran bütün ölkələrə təşəkkür edib hadisə gecəsi şəhid olanlara Allahdan rəhmət, yaralananlara şəfalar diləyən Türkiyə prezidenti xarici ölkələrdəki vatandaş və soydaşların töhfəsinin da unudulmaz olduğunu bildirdi.

 Sərmayələrin  və layihələrin tətbiqinin davam edəcəyini, maliyyə intizamdan geri çəkilməyəcəyini, 2023-cü il hədəflərinə doğru irəliləmənin fasiləsiz davam edəcəyini qeyd edən prezident: "Bunun üçün xəyanət dəstələrini hərəkətə keçirirlər. PKK bəlasının və onun PYD qolunun Suriyada ortaya çıxarılmasının, DEAŞ-ın ölkəmizə yönləndirilməsinin, uniforma geyinmiş terrorçuların üzərimizə salınmasının da arxasında bu durur" dedi.

 Türkiyənin xalqın başına bomba yağdıran xainlərə lazım olan cəzanı verəcək gücə malik olduğunu vurğulayan prezident Ərdoğan şəhidlərin qanının yerdə qalmayacağının təminatını verdi.

 "Əməliyyat uğurla davam edir" deyən prezident xalqa:"Sabahın Türkiyəsi indikindən daha güclü olacaq" deyə səsləndi.

Ərdoğan əməliyyatlardakı son rəqəmlər barədə məlumat verərək 8 min 883 əsgər, 2 min 101 hakim və prokuror, 1485 polis, 52 mülki idarə müdiri, 689 mülki vətəndaş olmaqla 13 min 165 nəfərin nəzarətə alındığını, 123-ü general olmaqla,5 min 863 nəfərin də həbs olunduğunu dedi.
 
 Fövqəladə vəziyyət elan olunduqdan sonra atılan addımlardan danışan Ərdoğan nəzarət müddətinin 4 gündən 1 aya qədər uzadıldığını, Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvü olan dövlət adamlarının  əlaqələrinin kəsilməsinə başlandığını, təşkilata aid məktəblərin, tələbə yataqxanalarnını, səhiyyə orqanlarının, həmkarlar ittifaqlarının bağlandığını, əmlaklarının müsadirə olunduğunu qeyd etdi.
 
 Ərdoğan işdən çıxarılanların bir daha məmur ola bilməyəcəklərini də vurğuladı.



Әlaqәli Xәbәrlәr