"Həmin ölkə ertəsi gün yox olardı: bir ay birja açılmaz, banklar çalışmazdı", N.Zeybekçi

Türkiyədə isə bazar ertəsi səhər saat 9:30-da hər şey fəaliyyətdə idi. Ona görə də bu ölkə digərlərindən fərqlənir.

535616
"Həmin ölkə ertəsi gün yox olardı: bir ay birja açılmaz, banklar çalışmazdı", N.Zeybekçi

  Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybekci deyib: "Kim necə hərəkət edirsə etsin, millətin əlindən onun iradəsi, demokratiyası alına bilməyəcək. Çünki xalq demokratiyasını canı bahasına qazanıb.

  İqtisadiyyat naziri çevirilişə cəhd edənlərə qarşı Denizlidə qəhrəmancasına mübarizə aparan həmyerlilərindən də söz açıb.

  Türkiyə Böyük Millət Məclisinin ölkədə fövqəladə vəziyyətə dair elanına da toxunan Nihat Zeybekci bildirib ki, "Əslində fövqəladə bir vəziyyət yoxdur. Bu, xalqın təhlükəsizliyinin təmini məqsədiylə elan edilmiş bir vəziyyətdir... Hərbi çeviriliş cəhdi başqa ölkədə baş versəydi, daha ciddi fəsadlar törənərdi. Həmin ölkə ertəsi gün yox olardı: bir ay birja açılmaz, banklar çalışmazdı. Türkiyədə isə bazar ertəsi səhər saat 9:30-da hər şey fəaliyyətdə idi. Ona görə də bu ölkə digərlərindən fərqlənir. Bununla qürur duyuram".



Әlaqәli Xәbәrlәr