R.T.Ərdoğan:' 'Qələbə şübhəsiz ki, inananlarındır"

Türkiyәnin  dövlət başçısı Rəcəb Tayyib Ərdoğan  xalqa  "mövqeyinizi davam etdirin"  deyә çağırış edib.

535302
R.T.Ərdoğan:' 'Qələbə şübhəsiz ki, inananlarındır"

 Türkiyәnin  dövlət başçısı Rəcəb Tayyib Ərdoğan  xalqa  "mövqeyinizi davam etdirin"  deyә çağırış edib.

Dövlәt başçısı  Ərdoğan  cümə namazından sonra  xalqa müraciət edib.

Ərdoğan:‘‘Bu  mövqeyimiz davam edəcək. Qələbə şübhəsiz ki, inananlarındır" deyib.

 Rәcәb  Tayyib Ərdoğan  15 iyul  çevriliş cəhdi haqqında: ‘‘Qula qul olanlar Pensilvaniyadadır.  Utanmadan, çәkinmәdәn  bu  xalqı ordan  belә tәhqır edәcәk qәdәr sәviyyәsiz biridir’’ deyә qeyd edib.

 Ərdoğan:  ‘‘ Çevriliş cәhdindən artıq  bir hәfrә ötür. Siz millәt olaraq  bir mövqe  nümayiş etdirdiniz.  Sizә 'meydanlara  çıxaq' deyә çağırış etdim. Meydanlara çıxdınız. Sizin üzәrinizә tәyyarә vә tanklarla gәldilәr, amma siz  xalqın gücü olaraq  bütün hərbi vasitələri dayandırdınız. Bu möveyinizi  sizlərə edilәcәk  son  xәbәrdarlığadәk davam etdirәcәksiniz. Biz sadәcә Allahın qarşısında әyilәrik. Qula qulluq etmәk yoxdur. Qula qul olanlar Pensilvaniyadadır. Utanmadan, çәkinmәdәn  bu  xalqı ordan  belә tәhqır edәcәk qәdәr sәviyyәsiz biridir.  Hazırda mənim vətəndaşım bu hörmətsiz, utanmaz və səviyyəsizlərə qarşı qәhrәməncasına duruşu  ilә lazımi cavabını verdi.  Qələbə şübhəsiz ki inananlarındır. Ölkәmin  81 şәhәrindә  bu yürüşü davam etdirən vətəndaşlarıma minnətdarlığımı bildirirəm. Allah  yardımçımız olsun’’ deyә  vurğulayıb.



Әlaqәli Xәbәrlәr