R.T.Әrdoğan:‘‘Bu təşəbbüsdə olanların bu xalqın övladı olması mümkün deyil"

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan  Türkiyə Böyük Millət Məclisinin  Mərasim Salonundakı  çıxışında: ‘‘Bu görüşün  demokratik  bir hüquq  dövlәtini yıxmağa çalışan    silahlı  tәşәbbüsdәn sonra  olmasını istәmәzdim.

535548
R.T.Әrdoğan:‘‘Bu təşəbbüsdə olanların bu xalqın övladı olması mümkün deyil"

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan  Türkiyə Böyük Millət Məclisinin  Mərasim Zalındakı  çıxışında: ‘‘Bu görüşün  demokratik, hüquqi  dövlәti yıxmağa çalışan    silahlı  tәşәbbüsdәn sonra  olmasını istәmәzdim. Tәәsüf ki,  bu görüş bu tәşәbbüsdәn sonra baş tutdu. Mәclis binamızın bu vәziyyәtini gördükdә  çox kәdәrlәndim. Bu təşəbbüsdə olanların bu xalqın övladı olması mümkün deyil" deyib.

Ərdoğan: "Ölkəmizdə separatçı terror təşkilatını bilirdik, DAİŞ-ı, PYD-ni vә  YPG-ni bilirdik. Bunları bilirdik, amma  adı  fərqli idi. Nə deyirdilər  ‘bunlar eyni zamanda dini bir qrupdu, təhsillə məşğul olurlardı, onların silahla işi yoxdu’’. Bunların silahla olan işi digərlərindən daha fərqli bir şəkildədir. Bunlar bu xalqın  verdiyi vergilərlə, bu millətin pulu ilә əldə etdikləri silahı, bütün təyyarələri, helikopterlәri , tankları, topları, iri çaplı silahları  xalqa qarşı istifadə edəcək qədər alçaq və xaindirlәr’’ deyib.

 Vurduğunuz bina  xalqın Mәclisidir deyәn R.T.Әrdoğan: ‘‘Siz millətin nümayəndələrini, milləti vurmaq istәdiniz’’ deyib.

Әrdoğan: ‘‘FETÖ  virusunun  kökünün kәsilmәsi  lazımdır ki, yolumuza әmin şәkildә davam edәk’’ deyib.

 İnvestorlara da müraciət edən R.T Ərdoğan, "Bütün sərmayəçilərimiz, әsla sərmayələrinizi dayandırmayın, eyni qətiyyətlə yolunuza davam edin. Dövlət olaraq biz də dövlətin infrastruktur fәaliyyәtlәrinә ara vermәyәcәyik’’ deyә bildirib.



Әlaqәli Xәbәrlәr