Baş nazir Yıldırım, Alan Duncanı qǝbul edib

Baş nazir Binali Yıldırım, Türkiyǝdǝ sǝfǝrdǝ olan İngiltərənin Avropa və Amerika işlǝri üzrǝ xarici işlər nazirinin müavini Alan Duncanı qəbul edib.

534796
Baş nazir Yıldırım, Alan Duncanı qǝbul edib

Duncan, Türkiyə Böyük Millət Məclisində baş tutan qǝbulda, çevriliş cǝhdi ǝsnasında həyatını itirənlər üçün başsağlığı verib. prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Yıldırım başda olmaqla Türk xalqını sui-qǝstçilǝrǝ qarşı sǝrgilǝdiyi fərasət və cəsarət səbəbindən təbrik edib.

Dǝstǝk vǝ hǝmrǝy olmaqda davam edǝcǝyini ifadǝ edǝn Alan Duncan ölkǝsinin Türkiyǝni güclü ortaq və müttəfiq qǝbul etdiyini, bu sǝbǝbdǝn dǝ Türkiyənin təhlükəsizlik və sabitliyinə üstünlük verdiyini vurğulayıb.

Baş nazir Yıldırım da, dost və müttəfiq İngiltərə hökuməti və xalqına Türkiyənin məruz qaldığı bu dəhşətli hadisǝ qarşısında sǝrgilǝdiyi həmrəylik və verdiyi dǝstǝk üçün minnǝtdarlığını bildirib. Fetullahçı Terror Təşkilatına qarşı görülǝn tədbirlər haqqında məlumat verib. Mübarizənin demokratiya və hüquq qaydaları çərçivəsində davam edǝcǝyinǝ diqqǝt çǝkib. Qərb ictimaiyyətində Fǝtullahçı terror tǝşkilatı tǝrǝfdaşları tǝrǝfindǝ gerçǝk olmayan düşüncǝlǝrin yayılmasının qarşısının alınmasını istǝyib.

Türkiyǝ Böyük Millǝt Məclisi vǝ və hökumətin qǝbul etdiyi qərarların əskiksiz tətbiq edilǝcǝyini dǝ ifadǝ edǝn Baş nazir Yıldırım, fövqəladə vǝziyyǝt rejiminǝ, bu qǝrar çǝrçivǝsindǝ atılası addımlar tamamlandıqdan sonra son qoyulacağını vurğulayıb.



Әlaqәli Xәbәrlәr