Türkiyə xalqı meydanları boş buraxmır

Fətullahçı Terror Təşkilatının (FETÖ) iyulun 15-də çevriliş cəhdinə qarşı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çağırışı ilə ilk gündən etibarən meydanları dolduran ölkə vətəndaşları Türkiyənin 81 şəhərində demokratiyanın keşiyində durublar.

534280
Türkiyə xalqı meydanları boş buraxmır

 Ankara Qızılay Meydanında toplanan vətəndaşlar Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdinə qarşı etirazlarını davam etdirdilər.
 Türkiyənin Xarici işlər Naziri Mövlud Çavuşoğlu meydanda demokratiyanın keşiyini çəkmək üçün toplanan vətəndaşlara müraciət etdi.

 Ordunun içinə sızmış, əsgər paltarı geyinmiş FETÖ üzvlərinin15 iyul axşamı ölkədə çevriliş edərək demokratiyaya, millətə zərbə vurmaq istədiklərini xatırladan Çavuşoğlu: "Prezidentimizin, liderimizin bu müqəddəs yolda birlikdə addımladığımız Cənab Rəcəb Tayyib Ərdoğanın dik duruşu və hökumətimizin iradəli mövqeyi, amma ən vacibi tankın qarşısına keçib sinəsini sipər edən, tankın altına  uzanan, hətta bunun uğruna şəhid olan millətimizin fərasəti, cəsarəti sayəsində o çevriliş cəhdinəTürk milləti çevriliş etdi, çox şükür" dedi.
 
 Müğənnilərdən Alişan, Mustafa Ceceli, Əmrə Altuğ, Nihad Doğan, Davud Güloğlu, Berdan Mardini, Kutsi, Dilbər Ay, Ece Erken, radio aparıcılarından "Afrikalı Əli," Gezegen Mehmet", idman nümayəndələrindən texniki direktorlar Yılmaz Vural, Tuqay Kərimoğlu və Alpay Özalan, TRT Spor kanalının aparıcısı Ersin Düzen  dəstək üçün Qızilay Meydanına gəldilər.
 
 İstanbulda da, Taksim, Kısıklı, Esenlerdə yüz minlərlə insan meydanları doldurdu.
 
 Türkiyənin on birinci prezidenti Abdullah Gül  Kısıklıdakı Prezident İqamətgahı qarşısında toplaşan vətəndaşlara müraciət edərək: "Daha qaranlıq günlərin Türkiyəyə gəlməsinin,  daha çox ağrı-acının yaşanmasının qarşısı alındı. Bu, əziz vətəndaşlarımızın hər şeyi unudaraq Vətən üçün, Türkiyə üçün, Prezident üçün özünü küçəyə atıb tankların qarşısını kəsməsi ilə oldu" dedi.
 
 Keçmiş Baş Nazir Əhməd Davudoğlu da Kısıklıda idi.
 
 Taksimdəki "demokratiya keşiyi"ndə də, səmavi dinlərin nümayəndələri, dövlət çevrilişi cəhdi zamanı həyatını itirənlər üçün dua oxudular, birlik və qardaşlıq ismarıcı verdilər.



Әlaqәli Xәbәrlәr