Numan Kurtulmuş fövqəladə vəziyyətdən danışdı

Türkiyənin baş nazir müavini və hökumət sözçüsü Numan Kurtulmuş fövqəladə vəziyyət müddətində əsas hüquq və azadlıqların təxirə salınmayacağını bildirdi.

534481
Numan Kurtulmuş fövqəladə vəziyyətdən danışdı


 Kurtulmuş yayım təşkilatlarının Ankara nümayəndələrinə hadisələrin inkişafı barədə açıqlamalar verdi.
 
 Baş nazir müavini fövqəladə vəziyyətin millətə deyil, dövlətin içindəki terrorçu təşkilatlanmaya qarşı elan edildiyini, hədəfin çevrilişə təşəbbüs edənlərlə bağlı əməliyyatların sürətlə aparılması olduğunu söylədi.O, fövqəladə vəziyyətin bəlkə də 1-1,5 ay ərzində ləğv oluna biləcəyini bildirdi.
 
 Avropa İnsan Haqları Konvensiyasının təxirə salınacağı fövqəladə vəziyyət müddətində küçəyə çıxma qadağasının nəzərdə tutulmadığını qeyd edən Numan Kurtulmuş azad bazar qaydalarının tətbiqində ən kiçik bir axsama olmayacağını da vurğuladı.
 
 Separatçı terrorçularla mübarizənin davam etdiyinə də diqqət çəkən baş nazir müavini: "Cənub-şərqdə terrorla mübarizədə ən kiçik bir zəifləmə baş verməyəcəkdir. Fəaliyyətlər planlaşdırılmış şəkildə davam edir" dedi.
 
 Əməliyyatlardan sonra  yenidən gündəmə gələn noyabrın 24-də  Rusiyaya məxsus  təyyarənin vurulması ilə əlaqədar sualları da cavablandıran  Kurtulmuş: "Bunun arxasında başqa şeylər olabiləcəyini təxmin edirik" dedi.
 
 Türk Silahlı Qüvvələrinə aid  bəzi tədbirlərin gündəmə gələ biləcəyini ifadə edən Kurtulmuş: "Əsas məsələ ordunu millətə açmaqdır" deyə danışdı.
 
Kurtulmuş Türkiyə Silahlı Qüvvələrinin inventarında qeydiyyatlı olan vasitələrin itmədiyini, lakin fərari kadrların olduğunu sözlərinə əlavə etdi.


 Ali Hərbi Şuranın gələn ay keçiriləcək iclasının təxirə salınmayacağını söyləyən hökumət sözçüsü həmin dövrdə Məclisin də işinə davam edəcəyini bildirdi.



Әlaqәli Xәbәrlәr