İbrahim Kalın qǝrb mǝtbuatını tǝnqid edib

Çevrilişǝ cǝhd edǝnlǝrin planları baş tutsaydı, qərb mediası Misirdə olduğu kimi bu xǝyanǝtkarlara dǝstǝk verǝrdi. Bunu Türkiyǝnin dövlǝt başçısının spikeri İbrahim Kalın deyib.

534303
İbrahim Kalın qǝrb mǝtbuatını tǝnqid edib

İbrahim Kalın Çevriliş cǝhdi ilǝ ǝlaqǝdar qərb mətbuatında yazılan vǝ gerçǝyi ǝks etdirmǝyǝn xəbərlər və başlıqlardan tǝnqid edǝrǝk münasibǝt bildirib.

Kalın, sosial media üzərindən verdiyi açıqlamada, reytinqli qərb media orqanlarında Türk xalqını və Prezidentini hǝdǝf götürǝn geyri adi ifadəlǝr yer aldığını bildirib.

Xarici mǝtbuat orqanlarının 15 iyuldakı xəyanəti yiyələndiyini ifadǝ edǝn Kalın: “O gecə çevriliş cǝhdinin qarşısının alındığı dəqiqələrdə belə xarici veriliş orqanları ‘Türkiyədə çevriliş oldu’ demǝkdǝ davam edirdilǝr. CNN və BBC kimi kanallar  doğru məlumat əldə etmək, alınan xǝbǝrlǝri tǝsdiq etmǝk kimi yayım qaydalarını pozdular. Bu kanallar, “Türkiyədə ordu İqtidarı ǝlǝ keçirdi” başlıklarıyla yaydıqları xǝbǝrlǝrlǝ Türkiyədə olan bitəni manipulyasiya etdilǝr. Bu da göstǝrir ki, xǝyanǝtkarların cǝhdi uğurlu olsaydı, onları  dǝstǝklǝyǝcǝkdilǝr. Eyni Misirdǝ olduğu kimi. Siz bu milləti tanımırsınız, lakin onlar sizi yaxşı tanıyır”.

Türkiyǝnin dövlǝt başçısının sözcüsü İbrahim Kalın, İsveç xarici işlər naziri Karl Bildtin “Avropa İttifaqı namizədi olan Türkiyədə çevrilişǝ dǝstǝk vermǝrik” başlıqlı Tweetinǝ cavab olaraq da deyib: “Hörmətli Bildt, sizin mövqenizi bilirik, Lakin belǝ axmaq başlıqlar çevrilişin məqsədinə töhvǝ verǝr”.



Әlaqәli Xәbәrlәr